Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:42

Prokurorlar inquş etirazçılara ağır cəzalar verilməsini tələb edirlər


Maqas şəhərində etiraz aksiyası
Maqas şəhərində etiraz aksiyası

İnquş fəallar 2018-ci ilin sentyabrında Çeçenistan və İnquşetiya arasında bağlı qapılar arxasında imzalanmış sərhəd razılaşmasına etiraz edirdilər

Rusiyanın şimali Qafqaz regionundakı İnquşetiyada prokurorlar Çeçenistan və İnquşetiya arasında sərhədin dəyişdirilməsinə etiraz edən 7 nəfərə uzunmüddətli həbsxana cəzası tələb edirlər.

Vəkil Maqomed Kuriyev noyabrın 8-də AzadlıqRadiosuna deyib ki, prokurorlar Yessentuki şəhər məhkəməsində keçirilən dinləmədə Malsaq Ujakov, Axmed BaraxoyevMusa Malsaqova hərəsinə 9 il olmaqla həbsxana cəzası istəyiblər.

Onlar habelə Barax Çemurziyev, Baqaudin XautiyevAxmed Nalqiyevə hərəsinə 8 il azadlıqdan məhrumetmə cəzası istəyiblər.

Müttəhimlərin arasında olan Zarifa Sautiyevaya isə 7 il yarım iş kəsilməsi tələb olunub.

Müttəhimlərin hamısı Rusiya hakimiyyət orqanlarının ekstremist elan etdiyi və 2020-ci ildə qadağan olunmuş İnquş Milli Birlik Hərəkatı təşkilatının üzvləridir.

Onlar ekstremist qruplaşma yaratmaqda və hüquq-mühafizə əməkdaşlarına hücumda ittiham olunurlar.

Nə baş vermişdi

Bu ittihamlar 2019-cu ildə İnquşetiyanın paytaxtı Maqas şəhərində icazə verilmiş etiraz mitinqi ilə bağlıdır.

O vaxt inquş fəallar 2018-ci ilin sentyabrında Çeçenistan və İnquşetiya arasında bağlı qapılar arxasında imzalanmış sərhəd razılaşmasına etiraz edirdilər.

Həmin mitinq ertəsi gün, artıq icazəsiz olaraq davam etdirilmiş və polis tərəfindən dağıdılmışdı.

Bunun ardınca 50 nəfər saxlanmış, 10 nəfərə qarşı ittiham irəli sürülmüşdü.

Razılaşmaya etiraz edənlər bildirirlər ki, onun əsasında İnquşetiya torpağının bəzi hissələri Çeçenistana verilib.

Etirazçılar habelə Çeçenistan lideri Ramzan Kadırovu İnquşetiya və Dağıstanın daxili işlərinə müdaxilədə ittiham edirdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG