Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:01

İnquşetiyada Çeçenistanla torpaq mübadiləsinə etirazlar davam edir(VİDEO)


İnquşetiyanın paytaxtı Maqasda etiraz aksiyası
İnquşetiyanın paytaxtı Maqasda etiraz aksiyası

İnquşetiyada Çeçenistanla torpaq mübadiləsinə etirazlar davam edir.

Oktyabrın 4-dən başlayan etirazlara səbəb, İnquşetiya prezidenti Yunusbek Evkurovla Çeçenistan lideri Ramzan Kadyrovun sentyabrın sonunda imzaladıqları sərhəd razılaşması olub.

Ramzan Kadyrov və Yunus-Bek Yevkurov
Ramzan Kadyrov və Yunus-Bek Yevkurov

İnquşetiya parlamenti oktyabrın 4-də bu razılaşmanı təsdiqləsə də sakinlər bunun məxfi şəkildə edildiyini deyərək paytaxtdakı mərkəzi meydana çıxıblar.

“İnquşetiyanın ərazisi Kadyrov və Çeçenistanın xeyrinə qanunsuz olaraq qopardılıb. Mən burda heç bir çeçeni günahlandırmıram, Çeçenistan və bizim rəhbərliyi günahlandırıram”,İnquşetiya sakini Sulbanbek Beshtoev deyir.

Reuters xəbər verir ki, etiraz aksiyası oktyabrın 6-da da davam etdirilir. Yerli fəalların sözlərinə görə, 3-4 min adam gecəni mərkəzi meydanda keçirib. Bəzi məlumatlara görə isə meydanqa gecələyənlərin sayı 350-dən 1000 nəfərədək olub.

İnquşetiyada etiraz aksiyası davam edir
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Aksiyaçılardan biri Xadi Matieva Reutersə deyib ki, başa düşürük sərhəd müəyyən edilməlidir. Amma bu hər iki tərəfin istəyi, tarixə baxış və Rusiya qanunları əsasında müəyyən edilməlidi.

İnquşetiya Milli Konqresi İcra Komitəsinin sədri Daud Garakoevsə Respublikada torpaq qıtlığı olduğunu deyir.

“Biz Rusiyanın 85 regionu arasında ən sıx məskunlaşmış respublikayıq. Bizdə hər kv m-ə 142 nəfər düşür.Biz öz torpağımızı paylaya, itirə bilmərik”.

Mitinq iştirakçıları Rusiya prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi ilə görüşə nümayəndə heyəti göndərmək və respublika başçısı Evkurovsuz danışıqlar aparılmasını istəyirlər.

Polis mitinqin keçirildiyi ərazini nəzarətə götürüb.Təşkilatçıların sözlərinə görə, güc qrumlarının əməkdaşları razılaşmaya əsasən bazar ertəsinədək mitinqə müdaxilə etməyəcəklər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG