Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:37

Böyük oktyabrın 100 illiyini ‘keçmiş qardaş ölkələr’ necə qeyd edib?


Bişkəkdə Böyük oktyabrı bir qrup qırğız kommunist qeyd edib
Bişkəkdə Böyük oktyabrı bir qrup qırğız kommunist qeyd edib

Bolşevik inqilabının 100-cü ildönümü keçmiş sovet respublikalarında müxtəlif cür qeyd olunub və ya…heç cür qeyd olunmayıb.

Moskvanın Avropa və Asiya üzərində 70 illik hakimiyyətini bərqərar etmiş inqilabın 100 yaşı Sovet İttifaqı çökəndən 26 il sonraya təsadüf edib.

Keçmiş SSRİ-nin paytaxtı Moskvada Kommunist Partiyasının təşkil etdiyi böyük nümayiş olub. Lakin Rusiyanın başqa şəhərlərində adamların əksəriyyəti bu münasibətlə keçirilən tədbirlərə qatılmayıb.

Keçmiş sovet respublikalarında isə inqilabın 100 illiyi daha sönük qeyd olunub.

Belarusun paytaxtı Minskdə əksəriyyəti Belarus Kommunist Partiyasının üzvləri olan 700 nəfər Müstəqillik meydanına toplaşmışdı. Onların əllərində sovet və Belarus bayraqları, Lenin və Stalinin portretləri vardı.

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda 30 nəfərlik qrup Saryaqa bazarının yanına toplaşaraq Leninin abidəsi önünə gül dəstələri düzüb.

Qırğızıstanda müstəqillik əldə ediləndən bəri 7 noyabr gününü 1917-ci il inqilabının ildönümü kimi yox, Tarix və Əcdadların Anım günü kimi keçirirlər.

Buna baxmayaraq noyabrın 7-də Leninin Bişkəkdəki abidəsinin yaxınlığında yüzədək nümayişçi toplaşmışdı.

Bundan başqa noyabrın 7-də Bişkəkdə Rusiya və Qırğız Xalqlarının Dostluğu Parkının açılışı olub.

Tacikistanda bir neçə kommunist lider partiyanın Düşənbə qərargahının qarşısındakı Lenin abidəsinə əklillər qoyub.

Özbəkistanda inqilabın 100-cü ildönümü rəsmən qeyd olunmayıb. Əvəzində noyabrın 6-da Özbəkistan Sovet Sosialist Respublikasına 1961-ci ildən 1983-cü ilədək rəhbərlik etmiş Şərəf Rəşidovun 100 illik yubileyi keçirilib.

Moldovada onlarca kommunist Kişinyovun mərkəzindən başqa bir parka köçürülmüş Leninin abidəsini yad edib.

Ukraynada polisin xəbər verdiyinə görə “vandallar İkinci Dünya Müharibəsində həlak olmuş sovet əsgərləri üçün qurulmuş əbədi məşəlin üstünə sement töküblər”.

Türkmənistan, Gürcüstan, Azərbaycan və Ermənistanda Böyük oktyabrın şərəfinə heç bir rəsmi tədbir keçirilməyib.

NATO və Avropa İttifaqının üzvləri olan Litva, Latviya və Estoniyada da inqilabın ildönümü münasibətilə heç bir tədbir olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG