Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:05

Qlobal innovasiyalar təşəbbüsü Qərbdən Şərqə keçir


BMT-nin hesabatında deyilir ki, innovasiyaların “qərbdən şərqə” keçidində bir qədər də irəliləyiş müşahidə olunub.

Son bir ildə bütün patent ərizələrinin yarıdan çoxu Asiyadan gəlib.

Martın 18-də Dünya İntellektual Mülkiyyət Təşkilatının (World Intellectual Property Organization - WIPO) hesabatını təqdim edərkən qurumun başçısı Francis Gurry deyib ki, “Asiya indi WIPO vasitəsilə ən çox patent ərizəsi verən qitədir”.

Gurry deyib ki, patent ərizələrinin sayına görə irəli çıxması “iqtisadi baxımdan dinamik region üçün mühüm “məsafə daşıdır” və innovativ fəaliyyətdə tarixi coğrafiyanın qərbdən şərqə keçdiyini nümayiş etdirir”.

Buna baxmayaraq ABŞ ötən il ərzində ən çox patent ərizəsi vermiş ölkə olaraq qalır.

2018-ci il ərzində ABŞ-dan WIPO-ya 253 min patent ərizəsi daxil olub. Bu, 2017-ci ildə olduğundan 3. 9 faiz çoxdur.

Birləşmiş Ştatlardan 56 min 142, Çindən 53 min 345, Yaponiyadan 49 min 702 innovasiya təsdiq edilib.

Almaniya və Cənubi Koreya 3 və 4-cü pilləni tuturlar, lakin onların hər birindən 20 mindən də az patent ərizəsi alınıb.

Hindistan patent ərizələrinin sayına görə ən çox irəliləyişə nail olmuş ölkədir. Bu ölkədən ötən il alınan patent ərizələrinin sayı 2013 olub ki, bu da əvvəlki illə müqayisədə 27 faiz artım deməkdir.

Çinin ABŞ-ın tənzimləmə təzyiqi altında olan Huawei telekommunikasiyalar şirkəti bir il ərzində rekord sayda (5405) innovasiya ərizəsi verən şirkət olub.

Birləşmiş Ştatlar milli təhlükəsizlik mülahizələrini əsas gətirərək müttəfiqlərindən Çin şirkətini 5G şəbəkələrinin qurulması prosesinə buraxmamalarını istəyib.

ABŞ iddia edir ki, bu şirkət Çinin Qərb istifadəçilərinə qarşı casusluq fəaliyyətinə kömək edir.

Vaşinqton Huawei şirkətinin habelə Honk Konqda qurulmuş balıqqulağı şirkəti vasitəsilə ABŞ sanksiyaları altında olan İrana avadanlıq satdığını iddia edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG