Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:26

2019-2023-cü ilər üzrə Dövlət Proqramı qəbul edilib


“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. Bununla bağlı bu gün, yanvarın 29-da prezident İlham Əliyev fərman verib.

Fərmanda qeyd edilib ki, dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3, 3 dəfə artıb.

Sənəddə habelə yazılıb ki, bu müddətdə ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri açılıb.

Fərmanda həmçinin vurğulanıb ki, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

Buna qədər Azərbaycanda regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı üç dövlət proqramı icra edilib. Birinci proqaram 2004-2008, ikincisi 2009-2013, üçüncü isə 2014-2018-ci illəri əhatə edib.

Bu gün, yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Orada qeyd edilib ki, “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24.2 milyard manat vəsait sərf olunub.

Bundan əvvəlki proqramlar çərçivəsində də regionlara böyük pullar xərcləndiyi vurğulanırdı. Amma bəzi ekspertlərə görə, vəsaitlərdən heç də səmərəli istifadə edilməyib, onların bir hissəsi korrupsiyanın yemi olub.

Üstəlik, həmin ekspertlər açılan iş yerləri, işsizlik və yoxsulluq səviyyəsi ilə bağlı rəqəmlərə ciddi şübhə edirlər. Onlar deyirlər ki, açılan müəssisələr haqqında statistika verilsə də, bağlanan müəssisələr ilə əlaqədar rəqəmlər açıqlanmır.

XS
SM
MD
LG