Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26

İngiltərənin Lester şəhərində güclü partlayış olub


Britaniya polisi Lester şəhərindəki əsas magistral küçədə “böyük insidentin” baş verdiyini bildirib. Burada yaxınlıqdakı dükanlardan birində güclü partlayışın baş verdiyi xəbər verilir.

Bəzi məlumatlara görə partlayış polyak mağazasında baş verib. Polis adamlara hadisə yerindən kənar dayanmağı tövsiyə edib. Partlayışdan sonra başlanan yanğının söndürülməsi üçün hadisə yerinə 6 yangınsöndürən gəlib.

Hadisə yerli vaxtla axşam saat 7-də baş verib.

Mirror qəzeti ərazidən 60 evin evakuasiya edildiyini yazır.

Partlayış baş verərkən dükan açıq idi.

Polis hazırkı mərhələdə hadisəni – “axtarış-xilasetmə əməliyyatı” adlandırır.

İnsan tələfatı barədə heç bir məlumat yoxdur.

XS
SM
MD
LG