Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:14

Britaniya vergi müfəttişləri Newcastle, West Ham və Chelsea klublarına reyd keçiriblər


west ham stadium
west ham stadium

Britaniyada Kral Vergi və Gömrük İdarəsinin (HM Revenue and Customs - HMRC) əməkdaşları aprelin 26-da İngiltərə Premyer Liqasının Newcastle United və West Ham United futbol klubunun ofislərinə qəfil reyd keçiriblər.

Britaniya mediasında yayılmış xəbərlərə görə vergi müfəttişləri İngiltərə və Fransada kriminal vergi fırlıldağına dair siqnalları araşdırırlar.

Newcastle komandasının direktoru Lee Charnley və bir neçə başqa futbol rəsmisi istintaqla əlaqədar həbs ediliblər.

Newcastle bundan cəmi iki gün əvvəl İngiltərə futbol çempionatınlın əsas liqasına keçidini bayram etmişdi.

Bu da xəbər verilir ki, müstəntiqlər Charnley-nin evində və komandanın Darsley Parkdakı təlim stadionunda axtarış aparıblar.

Cənab Charley iki saatdan sonra heç bir rəsmi ittiham itrəli sürülmədən sərbəst buraxılıb.

HMRC-nin rəsmi bəyanatında deyilir ki, futbol idmanında 5 milyon funt sterlinqlik fırıldaqla bağlı araşdırmanın gedişində bir neçə nəfər həbs edilib.

Reyddə HMRC-nin 180 inspektoru iştirak edib. Habelə HMRC-nin ricası ilə Fransada da həbslər aparılıb.

Vergi rəsmiləri istintaqın məxfiliyinə görə həbslərin konkret nə ilə bağlı olduğunu açıqlamırlar, lakin Britaniya mediası yazır ki, son vaxtlarda Fransa və İngiltərə klubları arasında bir sıra bahalı transfer sövdələşmələri yer alıb.

Fransa klublarından oyunçuların alınmasında Newcastle United xüsusilə fəal olub.

50-dək vergi müfəttişi habelə West Ham klubunun London stadionundakı ofisində olub. Klubun rəhbərliyi bildirib ki, onlardan bir sıra sənədləri tələb ediblər.

Müfəttişlər Chelsea klubunun ofislərinə də baş çəkiblər. Burada da rəsmilərdən bir sıra sənədləri təqdim etmək və sorğuları cavablandırmaq tələb olunub.

İngiltərə mediası xatırladır ki, futbol klubları futbolçuların maaşlarından, bilet satışından və oyunçu transferlərindən iri məbləğlərdə vergi ödəyir.

Ernst & Young firmasının hesablamasına görə Premyer Liqanın 20 klubu 2013-2014-cü illərdə 2, 4 milyard funt sterlinqdən artıq vergi ödəyib.

Bununla belə, Britaniya vergi orqanları futbolçular və klublar arasında vergidən yayınma hallarından narahat olduğunu bildirir.

Ötən dekabrda HMRC-in baş direktoru Jon Thompson parlamentə verdiyi məlumatda deyirdi ki, 43 futbolçu, 8 agent və 12 klub vergilərlə əlaqədar təhqiqat altındadır.

Söhbət əsasən klubların və futbolçuların reklamdan qazandığı pullar üzrə vergilərdən gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG