Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:08

İmtahanlara da Tarif Şurası qiymət qoya bilər


Məleykə Abbaszadə

İmtahanlar da qiymətini dövlətin tənzimlədiyi xidmətlər siyahısına daxil edilə bilər. Qiymətləri onda Tarif Şurası müəyyənləşdirəcək. Buraxılış imtahanları burada istisnadır.

Bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

Buna da bax:​ İmtahanların vaxtı dəyişə bilər

O, deyib ki, bununla bağlı, hələ, qərar qəbul edilməyib. Ancaq yaxın vaxtlarda verilə bilər. Həmin qərardan sonra imtahanların maliyyələşdirilməsinin formaları haqda müzakirələr aparılacaq.

“İmtahanların hansı formada keçirilməsi ilə bağlı işçi qrupu səviyyəsində müzakirələr davamlı aparılır. Amma bunu qanuniləşdirmək üçün Nazirlər Kabinetinin qərarı lazımdır”.

Buna da bax:​ İmtahanlar birləşdirilir

M. Abbaszadə həmçinin, qeyd edib ki, bundan sonra 9-cu sinif şagirdləri attestat almaqdan ötrü mütləq buraxılış imtahanında iştirak etməlidirlər.

“Bu ildən 9-cu sinif buraxılış imtahanlarında iştirak etməyən şagirdlər aldıqları arayışla yalnız 9 il məktəbə gedib-gəldiklərini sübut edə biləcəklər. Arayışlar onların müvafiq dövlət standartlarına uyğun olaraq, 9 illik proqramı mənimsəməsini təsdiq etməyəcək”.

Multimedia

XS
SM
MD
LG