Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:10

Ekspert: İmtahanları müstəqil qurum keçirməlidir


Ali məktəblərin rüşvət imtahanı – tələbə oxumur, ya müəllim qərəzlidir?
Gözlə

No media source currently available

0:00 0:14:42 0:00

Ali məktəblərin rüşvət imtahanı – tələbə oxumur, ya müəllim qərəzlidir?

İyun ayından Azərbaycanda ali və orta ixtisas məktəblərində yaz semestr imtahanları başlayır.

Bu cür imtahanlar öncəsi adətən Azərbaycanda tələbələrin qayğısı təkcə akademik minimumları verə bilmək deyil. Bəzi müəllimlərin qərəzli və təmənnalı davranışlarından necə qorunmaq, ya da əksinə, akademik öhdəlikləri yerinə yetirməkdən necə yayınmaq da əsas tələbə qayğılarının sırasındadır.

İndi yeni təhsil naziri var. Ali təhsil sistemində bu cür qeyri-sağlam ənənə də dəyişəcəkmi?

Bu məsələyə tələbələrin öz yanaşması birmənalı deyil. AzadlıqRadiosunun keçirdiyi videosorğu da bunu göstərir:

Tələbələr semestr imtahanlarında nələrin dəyişməsini istərdilər?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

TƏHSİL NAZİRİNDƏN ƏMR

Elə bu günlərdə yeni təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verib. Onun imzaladığı əmrdə imtahanların qaydalara uyğun təşkili, tələbələrin biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi tələb olunur:

“Təhsil müəssisələrində imtahan qərargahı yaradılmalı, qərargaha daxil olan hər bir şikayət operativ araşdırılmalı, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir. İmtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılmalıdır”.

TƏKLİF: "İMTAHANLARI MÜSTƏQİL QURUM KEÇİRSİN"

Təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycanın ali və orta məktəblərində rüşvət, qeyri-obyektivlik və digər nöqsanları bir əmrlə aradan qaldırmaq mümkün deyil:

“Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsinin heç də hamısında imtahanlar olmur. Kənar müdaxilələr, insan faktorları, qiymətlərin dəyişdirilməsi, hansısa tələblər qarşısında yüksək qiymətlərin verilməsi adi haldır. Bütün bunlar da Azərbaycan universitetlərinin reytinqinə mənfi təsir edir. Azərbaycanda təhsil alan tələbələrdə pis imic formalaşdırır. Yeni təhsil naziri də islahatların ilk növbədə universitetlərdən başlamalı olduğunu başa düşür və bu istiqamətdə çalışır”.

Kamran Əsədovun fikrincə, nə qədər ki, imtahanların təşkili elə universitetlərin özündə olacaq rüşvətlə mübarizədə ciddi irəliləyiş olmayacaq. O təklif edir ki, obyektiv və şəffaf nəticələr əldə etmək üçün imtahların təşkili müstəqil qurumlara həvalə olunmalıdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Sizcə, ali məktəblərdə rüşvətlə mübarizə necə gedir?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Ali təhsil müəssisələri adətən rüşvətxorluq və obyektivliklə bağlı tənqidləri rədd edirlər.

Amma universitetlər təhsil nazirinin imtahanların təşkili ilə bağlı tapşırığına nə qədər hazırdılar?

Azərbaycan Dövlət İqtisad Univerisetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Məmmədova deyir ki, onlar nazirin tapşırıqlarına əməl etməyə tam hazırdılar. Artıq 4 ildir universitetdə qaynar xətt yaradılıb. Onun sözlərinə görə bu ali təhsil ocağında rüşvətdən söhbət gedə bilməz:

"Çünki bizim universitetdə imtahanlar çox şəffaf və ictimaiyyətə açıq keçirilir. İstənilən ictimaiyyət nümayəndəsi gəlib, imtahanların gedişini izləyə bilir. Universitet tədris və imtahan prosesi tamamilə elektronlaşdırılıb. Bu sistemə müdaxilə qeyri-mümkündür. Bu dörd il ərzində aparılan bütün islahatlar şəffaf və obyektiv prosesin keçirilməsinə, tələbənin normal bilik əldə edib, öz biliyini normal qiymətləndirə bilməsinə yönəlib".

Ali məktəblərdə semestr imtahanları zamanı pulla qiymət yazılması, imtahanların şəffaf keçirilməməsi problemi illərdir ki var. Amma son illər, özəlliklə də Mikayıl Cabbarov təhsil naziri təyin olunandan sonra şikayətlər bir qədər səngimişdi. Lakin müstəqil ekspertlər hələ də ali məktəblərdə bu problemlərin qaldığını bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG