Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Pakistanın keçmiş baş naziri İmran Xan yaralanıb


İmran Xan
İmran Xan

İmran Xanın PTI partiyasının üzvləri bildirirlər ki, bu atışmada daha dörd nəfər xəsarət alıb

Pakistanın keçmiş baş naziri İmran Xan onun avtomobil karvanına silahlı hücum zamanı yaralanıb.

O ölkənin şərqindəki Vəzirabad şəhərində yürüş keçirirdi.

Hücum zamanı bir nəfərin öldüyü, azı 5 nəfərin yaralandığı xəbər verilir.

Hücumun motivləri barədə hələki rəsmi açıqlama verilməyib.

***

Bundan əvvəl Pakistanın keçmiş baş naziri İmran Xana ölkənin şərqindəki Vəzirabadda keçirilən etiraz yürüşndə atəş açıldığı xəbər verilirdi.

BBC onun ayağından yaralandığını bildirib.

Onun müşavirlərindən biri AFP agentliyinə bunun “sui-qəsd cəhdi” olduğunu deyib.

Bununla belə polis onun bu hücumun hədəfi olduğunu hələki təsdiqləməyib.

İmran Xanın PTI partiyasının üzvləri bildirirlər ki, bu atışmada daha dörd nəfər xəsarət alıb.

70 yaşlı İmran Xan aprel ayında vəzifədən uzaqlaşdırılandan sonra növbədənkənar seçki tələbi ilə paytaxt İslamadda yürüş keçirib.

Vəziyyəti sabitdir

Keçmiş baş nazirin Lahordakı xəstəxanaya aparıldığı xəbər verilir. Onun partiyasının sözçüsü İmran Xanın baldırından yaralandığını deyib.

Partiyanın başqa bir üzvü, vilayətin səhiyyə naziri Yasmin Rəşid cənab Xanın vəziyyətinin sabit olduğunu bildirib.

Pakistanın Geo TV telekanalının verdiyi məlumata görə bu hücumla bağlı bir kişi həbs olunub.

Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Ötən ay Pakistanın Mərkəzi Seçki Komissiyası İmran Xanın hökumət vəzifəsi tutmasını qadağan edib.

İmran Xan bu qərarı “siyasi motivli” adlandırıb.

Keçmiş baş nazir xarici qonaqlardan aldığı hədiyyələrin və onların satışından qazanılan gəlirin detallarını düzgün bəyan etməməkdə ittiham olunur.

Bu hədiyyələrin arasında Rolex saatları, üzük və köynək üçün qol sancaqları da var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG