Keçid linkləri

2024, 12 May, bazar, Bakı vaxtı 17:40

İmran Xan terrorçuluqda suçlanır


İmran Xan
İmran Xan

Avqustun 21-də Xan hökuməti onun siyasi tədbirdə çıxışının canlı yayımını önləmək üçün  YouTube şəbəkəsini müvəqqəti bloklamaqda ittiham edib

Pakistanda polis keçmiş baş nazir İmran Xana qarşı terrorçuluq ittihamları irəli sürüb. Bu addımın ölkədə siyasi gərginliyi daha da qızışdıracağı gözlənir.

Bu ittihamlar irəli sürülməzdən öncə Xan İslamabaddakı çıxışında polis əməkdaşları və hakimə qarşı iddia qaldıracağını deyib, yaxın müttəfiqinin həbs olunaraq işgəncəyə məruz qaldığını iddia edib.

Müşavir niyə saxlanıb

Xanın müxalifətdə olan Tehriki-İnsaf partiyasının internetdə yaydığı videolarda tərəfdarlarının keçmiş baş nazirin həbs olunmaması üçün onu evədək müşayiət etdiyi görünür. Avqustun 22-də səhər yüzlərlə tərəfdarı evin ətrafında olub.

Xanın siyasi müşaviri Şahbaz Gill bu ayın əvvəlində vətənə xəyanətdə ittiham edilərək saxlanıb. O, əsgərləri və zabitləri hərbi rəhbərliyin “qanunsuz göstərişlər”ini yerinə yetirməkdən imtinaya çağırmışdı. Pakistan qanunvericiliyində vətənə xəyanətə görə ölüm cəzası nəzərdə tutulur.

2018-ci ildə hakimiyyətə gələn Xan apreldə etimadsızlıq səsverməsi nəticəsində hakimiyyətdən getməli olub. Ölkədə artan inflyasiya və iqtisadi çətinliklər fonunda müxalifət onu iqtisadiyyatı düzgün idarə etməməkdə suçlayıb.

Xan seçkiyə hazırlaşır

Avqustun 21-də Xan hökuməti onun siyasi tədbirdə çıxışının canlı yayımını önləmək üçün YouTube şəbəkəsini müvəqqəti bloklamaqda ittiham edib.

Xan yeni seçkiyə hazırlaşır, ölkə boyunca toplantılarda çıxışlar edir.

“Faşist idxalı olan hökumət çıxışımın ortasında YouTube-u blokladı”, – Xan Twitter-də yazıb.

Avqustun 20-də hakimiyyəti Xanın çıxışının xəbər kanallarında canlı yayılmasını qadağan edib və qadağa dərhal qüvvəyə minib. Onun yazılı çıxışı isə yayımlana bilər.

Pakistanın elektron Medianı Tənzimləyici Orqanı avqustun 20-də bəyanatında bildirib ki, Xanın çıxışları “hüquq və asayişin saxlanmasına ziyan vura, ictimai sülh və dincliyi poza bilər”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG