Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:12

Trump-a qarşı ittihamlar bəlli oldu


ABŞ Nümayəndələr Palatası bildirib ki, prezident Donald Trump-a qarşı impiçment ittihamının iki maddəsi var. Bunlar vəzifədən sui-istifadə və ədalətin qarşısının alınmasıdır.

Bu barədə bəyanatı Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi verib.

Bu ittihamlar bu həftə ABŞ Konqresinin Ədliyyə Komitəsində səsə qoyulacaq.

Əgər ittihamlar komitə səsverməsindən çıxarsa, növbəti səsvermə Nümayəndələr Palatasında olacaq.

Nümayəndələr Palatasında demokratlaın çoxluğa malik olması nəzərə alınarsa, prezident Trump-a qarşı ittihamın irəli sürülməsi qaçılmazdır.

Demokratlar hesab edirlər ki, Donald Trump Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbəti zamanı ondan özünün siyasi rəqibi Joe Biden-ə qarşı cinayət işinin açılmasını istəməklə vəzifə səlahiyyətlərini aşıb.

Trump-a qarşı ikinci ittiham Trump administrasiyasının impiçment araşdırması ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlıdır.

Prezident və onun respublikaçı partiyadaşları Trump-ın heç bir qanunsuzluğa yol vermədiyini deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG