Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 07:03

Bakıya gələn fermerlər susmağı üstün tutdular


Prezident Administrasiyası

İmişlidən olan bir qrup fermer martın 7-də Prezident Administrasiyasına (PA) şikayətə gəlmişdilər.

Fermerlər bildirirdilər ki, onlara məxsus min hektarlarla sahəni qanunsuz əllərindən alıb pambıq əkinindən ötrü şumlayırlar. Halbuki, onlar uzunmüddətli icarəyə götürdükləri torpaqlarda mal-qara saxlayırlar.

Fermerlər PA-da qəbulda olublar. Qəbuldan sonra onlardan adının çəkilməsini istəməyən birisi Fövqəladə Hallar Nazirliyinə göndərildiklərini söyləyiblər.

Amma PA-da onları kim qəbul etdiyi, nə cavab aldıqları ilə bağlı heç nə deməyiblər.

Buna da bax-Örüş yerlərinin şumlanması yüzlərlə fermeri ayağa qaldırdı

Fermerlər bir gün öncə, martın 6-sı AzadlıqRadiosuna bildirmişdilər ki, hələ 3 ay öncə İmişli rayon İcra Hakimiyyəti keçirdiyi toplantıda onlara gələcəkdə pambıq əkilməsindən ötrü sahələrin boşaldılacağı haqqında xəbərdarlıq verib.

Fermerlərin demələrinə görə, 3 ay öncə onlara yeni sahə ayrılacağı, kompensasiya veriləcəyi bildirilsə də, sonradan bu vəd yada düşməyib.

Bir müddət öncə eyni şikayətlə Şamaxı rayonundan olan bir qrup fermer də Prezident Administrasiyasına şikayətə gəlmişdilər. Onda isə fermerləri dinləyən olmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG