Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:23

Pasport-masa işçiləri kəndlərdə - seçkiyə start verilən gündən


İmişli rayonunun kəndlərinə vurulan elan
İmişli rayonunun kəndlərinə vurulan elan

Müddəti bitən şəxsiyyət vəsiqələri sürətlə dəyişdirilir.

Seçkilərə start verilən gündən kənd rayonlarının polis şöbələrinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbələri gücləndirilən iş rejiminə keçib. Buna səbəb xeyli sayda vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsidir.

BİR KƏNDDƏ 100 ETİBARSIZ VƏSİQƏ OLUB?!

Bu barədə AzadlıqRadiosu-na İmişli rayonunun Qızılkənd kəndində yaşayan Mədət Qurbanov məlumat verib. Onun sözlərinə görə, vətəndaşlara sənədlərini rahat dəyişdirmək imkanı yaradılıb:

Buna da bax: Ekspert: 'Seçki bitəndən sonra Azərbaycan tipik Yaxın Şərq diktaturası olacaq' [video]

İmişli rayonu Qızılkənd kənd sakini Mədət Qurbanov
İmişli rayonu Qızılkənd kənd sakini Mədət Qurbanov

“Rayonun yaşayış məntəqələri üzrə qrafik tutulub, hər yerə elan vurulub ki, bəs filan gün filan kəndə “Asan xidmət”in səyyar qrupu gələcək. Yaşayış məntəqələri üzrə etibarlılıq müddəti bitmiş vəsiqə sahiblərinin siyahısı tutularaq yerli icra nümayəndələrinə təqdim olunub. Nümayəndələr də bu adamların hər birini tapıb tapşırır ki, gəlib vəsiqəsini dəyişdirsin. Bəzilərini hətta evindən maşınla gətirirlər. Pasport-masa işçiləri özlərinə fotoqraf da tutublar, rüsumu da elə yerindəcə alırlar. Bir neçə gün sonra isə nümayəndələr yeni sənədləri gətirib sahiblərinə paylayırlar. Beləcə bütün işlər kənddən kənara çıxmadan həll olunur”.

Mədət Qurbanovun təxmini hesablamasına görə, əhalisi 4300 nəfər olan Qızılkənd kəndində fevral ayında bu yolla100-ə yaxın şəxsiyyət vəsiqəsi yenilənib. O əlavə edir ki, vəsiqə dəyişdirilmə işinin mart ayında da davam etdiriləcəyi elan edilib.

Buna da bax: 2018-ci il Azərbaycan və Ermənistanda seçki ilidir [video]

“SİYAHIDA OLAN BƏZİ ADAMLARI TAPMAQ OLMUR”

İmişli rayon icra hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsi Rəfael Həsənov təsdiqləyir ki, son bir ayda onların qəsəbəsinə həm “Asan xidmət”in, həm də İmişli rayon polis şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinin əməkdaşları gəlib:

“Bunun sayəsində vaxtı ötmüş təxminən 40-50 vəsiqə dəyişdirilib. Əslində siyahıda daha çox adamın adı var. Amma onların hamısını tapmaq mümkün deyil. Çünki bəzi adamlar bizdə qeydiyyatda olsalar da, faktiki olaraq başqa yerlərdə yaşayırlar”.

“BU ADAMLARIN SƏSİNƏ EHTİYAC VAR”

Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin sədri Əli Qasımlı isə baş verənləri belə dəyərləndirir:

Buna da bax: İmişlidə ictimai fəal 5 aylıq həbsə atıldı

AXCP İmişli rayon şöbəsinin sədri Əli Qasımlı
AXCP İmişli rayon şöbəsinin sədri Əli Qasımlı

“Görün ölkədə necə vəziyyət hökm sürür ki, adamlar vətəndaşlıq sənədini- şəxsiyyət vəsiqəsini vaxtında dəyişdirməyə maraq göstərmirlər. Bunun xərci elə də çox deyil. Sadəcə əhalinin böyük bir kəsiminin illərlə bu sənədə ehtiyacı olmur. Ölkədə işgüzar mühit olmadığından vətəndaşlar tez-tez müxtəlif müqavilələr bağlamır. Bahalı sosial xidmətlərdən istifadə edənlər, xarici ölkəyə gəzintiyə, istirahətə, müalicəyə gedənlər də bu təbəqədən deyil. Xeyli sayda şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin ötməsi faktı, əmək qabiliyyətli əhalinin cəmi 5 faizinin işsiz olmağı barədə rəsmi açıqlamalarla ziddiyyət təşkil edir. Axı işə düzəlmək üçün təqdim edilməli ilkin sənəd şəxsiyyət vəsiqəsidir. Əslində hökumətin bu adamların sənədinə yox, səsinə ehtiyacı var. Ona görə qapılarına gəlirlər. Həqiqətən vətəndaşı düşünsəydilər, onun rifahı, mənzil-məişət şəraiti, sağlamlıq durumu ilə də yerində maraqlanardılar”.

Buna da bax: İmişlidə 'cəhənnəm yolu'nda narahatlıq

İmişli rayon polis şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsindən isə bu məsələ ilə bağlı hər hansı məlumat almaq mümkün olmayıb.

XATIRLATMA

2018-cü ilin aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Azərbaycan qanunvericiliyinə görə, həm seçkidə namizədlərin müdafiəsi məqsədi ilə imza, həm də seçki günü səs vermək şəxsiyyəti şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG