Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:28

Baş həkim: İmişlidə 6 nəfərin müalicəsi davam edir


İmişli rayon Mərkəzi xəstəxanasının qarşısı, 19 iyun 2018
İmişli rayon Mərkəzi xəstəxanasının qarşısı, 19 iyun 2018

“İmişli Rayon Mərkəzi Xəstəxanasında pambıq sahəsində kimyəvi maddədən zəhərlənmə ehtimalı ilə müalicə alan 10 nəfər xəstədən daha 4 nəfəri evə buraxılıb. Hazırda 6 nəfərin mülaicəsi davam edir”.

Bunu adı çəkilən xəstəxananın baş həkimi Cəsur Paşayev bildirib.

İyunun 21-də İmişlinin Aranlı kəndindəki pambıq tarlalarının birində yenidən kütləvi zəhərlənmə ilə bağlı yayılan məlumatlara gəlincə C.Paşayev bunun əsassız olduğunu bildirib:

“Bir 24 nəfər müraciət etmişdi, hamısı müayinə edildi. Məlum oldu ki, hər hansı zəhərlənmə halı yoxdur. Amma hansısa baş ağrı, ürək bulanması olan şəxs də belə “bundan olar” təlaşı var. Hamısı da müayinə olduqdan sonra evlərinə buraxılıb və həmin şəxslərdən heç kəs xəstəxanaya yerləşdiriməyib”.

Son 2 həftədə Azərbaycandakı pambıq sahələrində bir neçə dəfə kütləvi zəhərlənmə hadisəsinin qeydə alındığı bildirilir.

Dünən, iyunun 21-də İmişli rayonun Aranlı kəndindəki pambıq tarlalarının birində yenidən kütləvi zəhərlənmənin olduğu deyilirdi.Xəstlərin elə kənd xəstəxanalarında müayinə olunduğu açıqlandı.

Ondan 2 gün əvvəl də İmişli rayonunda pambıq tarlalarının birində kütləvi zəhərlənmə olduğu deyilirdi. Onda isə rayon xəstəxanasına müraciət edənlər 140 nəfərdən çox olmuşdu.

Xatırlatma

Bundan başqa Tərtər rayonunda iki və Saatlı rayonunda da bir dəfə pambıq sahələrində kütləvi zəhərlənmə olduğu bildirilib.

Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb.
Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.

Artıq Saatlı və İmişli rayonunda pambıq zavodlarının bəzi vəzifəli şəxsülərin bu cinayət işi ilə bağlı həbs edildiyi bildirilir.Onların qohumlari isə deyirlər ki, bu işdə həbs yuxarılardan başlamalı idi.

XS
SM
MD
LG