Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Din xadimlərinə rəsmi maaş verilə bilər


Heydər məscidi
Heydər məscidi

Azərbaycanda gələn ilin fevral ayından Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərinin rəsmən maaş alacaqları bildirilir.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O vurğulayıb ki, hazırda bu əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur:

«Ən əsası odur ki, Qafqaz Müsəlmanları İdarəsinin məscidlərə təyin etdiyi imamlar, naimlər, mütəvəlilər və bu kimi vəzifə daşıyan şəxslər idarənin öz təqdimatı ilə əməkhaqqı alacaqlar. Bunun ictimai-siyasi əhəmiyyəti var, bu lazımdır».

Komitə sədri bildirib ki, bu yaxınlarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, himayəçilər şurası və eyni zamanda heyəti açıqlanacaq:

«Yanvar ayının sonuna bu proses tamamlanacaq. Bundan sonra fondun tam şəkildə fəaliyyəti üçün hüquqi əsas yaranacaq və fonda maliyyə vəsaiti ayrılacaq. Hesab edirəm ki, din xadimlərinə ən geci fevral ayından əmək haqlarının verilməsinə başlanıla bilər».

Bu vaxta qədər məscidlərdə çalışan din xadimlərinin, əsasən, yığılan nəzirlər hesabına keçindikləri bildirilir. Ekspertlərin fikrincə, bu sahədə şəffaflıq bir elə təmin edilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG