Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:17

İlqar Məmmədovun səhhəti pisləşib


Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Həbsə aparan yol - İlqar Məmmədov

ReAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun səhhətinin pisləşdiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib.

«Bu səhər (martın 22-si) zəng eləmişdi. Ciddi bel və əzələ ağrıları var, yerimək, hətta danışmaq belə ona əziyyət verir. Təcili olaraq xarici həkimlərin onu ziyarət etməsini istədi. Biz də artıq həm Qırmızı Xaç Komitəsinə, həm də əlaqədar digər təşkilatlara İlqar Məmmədovun durumunu və həkim istəyini çatdırdıq»,-deyə icra katibi qeyd edib.

Novruz bayramı ilə əlaqədar iş günü olmadığından, hələlik, İ.Məmmədovun səhhəti ilə bağlı sualımıza Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

ReAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG