Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:52

İlqar Məmmədov beynəlxalq filmdə


İlqar Məmmədov
İlqar Məmmədov

«Siyasi məhbuslar cəza müddətini tək çəkmirlər. Siyasi məhbusların ailələri və yaxınları onların həbsinin yaratdığı çətinlikləri dərindən hiss edir, onlarla birlikdə cəzanı çəkirlər. Həyat yoldaşları, övladları, valideynləri, qardaş və bacıları, bütün cəmiyyət onlarla birgə cəza çəkir».

ABŞ Dövlət Departamentinin #FreeToBeHome haştaqı altında yayımladığı filmdə belə deyilir. Film departamentin siyasi motivlər əsasında öz fikirlərini azad şəkildə ifadə etdiklərinə görə həbs olunan insanlar və onların ailələri haqqında hekayələr çərçivəsində hazırlanıb, yayılıb.

Kampaniya 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlıdır.

«Siz də bu cəsarətli insanların hekayələrini paylaşın. Çünki biz inanırıq ki, birlikdə onların öz evlərində azad yaşamalarını tələb edə bilərik», - filmdə deyilir.

Filmdəki süjetlərdən biri REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun ailəsindən bəhs edir.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə işi təkrar baxılmaqdan ötrü Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ancaq bu il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından, İ.Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.

Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG