Britaniya Xarici İşlər Nazirliyi 2017-ci il üçün İnsan Haqları və Demokratiya hesabatını açıqlayıb.
Hesabatda əsasən Britaniya Birliyinə daxil ölkələrdə insan haqları və demokratik idarəetmənin vəziyyəti təhlil olunub.
Sənəddə qeyd olunur ki, Freedom House təşkilatının 2017-ci il üçün hesabatında dünyanın 71 ölkəsində son 12 il ərzində vətəndaş azadlıqlarının və siyasi hüquqların tənəzzülünün davam etdiyi vurğulanır.
Britaniya Xarici İşlər Nazirliyinin hesabatında deyilir ki, London, insan haqlarının pozulduğu ölkələrdə “sakit diplomatiya” və ya “ictimai diplomatiya” siyasəti yürütməkdə davam edir.
Hesabatda deyilir ki, Böyük Britaniyanın səfirliyi Azərbaycanda siyasi motivlərlə mühakimə edilən şəxslərin məhkəmə dinləmələrində müntəzəm iştirak edib.
Hesabatda bu da xatırladılır ki, 2017-ci ilin dekabrında Avropa Şurası Nazirlər Komitəsi İlqar Məmmədovun işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı 46 (4) maddəsindən istifadə etməsi ilə razılaşıb.
Bu maddədən üzv ölkənin Avropa Məhkəməsinin hökmlərini yerinə yetirmədiyi hallarda istifadə olunur.
Hesabatda deyilir ki, Birləşmiş Krallıq ilk dəfə olaraq Nazirlər Komitəsinin bu qərarı ilə razılaşıb, amma Azərbaycan hökuməti ilə danışıqların davam etdirilməsinin mühümlüyünü bildirib.