Keçid linkləri

Təcili xəbərlər
2020, 08 İyul, çərşənbə, Bakı vaxtı 17:52

İlqar Məmmədov Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb


İlqar Məmmədov

Bu gün, fevralın 29-da ReAL Partiyasının sədri İlqar Məmmədovla Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyətilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin görüşü olub.

Bunu ReAL Partiyasının sədri İlqar Məmmədov bildirib. Onun dediyinə görə, görüş PA təmsilçisinin dəvəti ilə gerçəkləşib:

“Hakimiyyətlə müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq”.

İlqar Məmmədov vurğulayıb ki, görüş Prezident Administrasiyasında deyil, "Respublika" qonaq evinin konfrans zalında keçirilib.

Fevralın 27-də isə PA Siyasi partiyalar və qanunvericilik hakimiyətilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Xalq Partiyasının sədri Pənah Hüseyn ilə görüşü olmuşdu.

Pənah Hüseyn də görüşdə siyasi partiayalarla dövlətin münasibətlərinə dair məsələlərin müzakirə edildiyini açıqlamışdı.

Bu gün, fevralın 29-da habelə, Müsavat Partiyası başqanı Arif Hacılı da Ədalət Vəliyevdən görüş təklifi aldığını və dəvəti qəbul etdiyini açıqlayıb.

"Bu görüşün Müsavat Partiyasının qərargahında keçirilməsinin siyasi baxımdan daha düzgün olduğunu bildirdim", - Arif Hacılı əlavə edib.

Hələlik, bütün bu qeyd edilənlərə PA Siyasi partiyalar və qanunvericilik hakimiyətilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin özündən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG