Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:56

İlqar Məmmədov seçilmək hüququ ilə bağlı Avropa Şurasına müraciət edib (VIDEO)


İlqar Məmmədov
İlqar Məmmədov

ReAl Partiyasının sədri İlqar Məmmədov yanvarın 2-də Avropa Şurası Nazirlər Komitəsinə təqdimat göndərib.

Bu barədə İlqar Məmmədovun özü məlumat yayıb.

Onun sözlərinə görə, təqdimat Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarını icra etməməsi ilə bağlı hazırlanıb.

ReAL sədrinin vurğulamasına görə, o təqdimatda bildirib ki, Azərbaycan hakimiyyəti bilərəkdən AİHM-in barəsində çıxartdığı bəraət qərarını uzun illərdir icra etmir:

"Sənəddə həmçinin, seçilmək haqqımın bərpa edilmədiyini bildirdim. Azərbaycan Avropa Şurasının yeganə üzvüdür ki, öz üzvlük öhdəliyini yerinə yetirmədiyi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var. Bu qərar 2019-cu ilin mayın 29-da qəbul olundu. Yəni, Azərbaycan AİHM-in qərarını və Avropa Şurasının qarşısında öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, Konvensiyanı pozur. Bundan çıxış edərək, mən xahiş etdim ki, Avropa Şurası Nizamnaməsinə uyğun olaraq Azərbaycan hökümətinin Avropa Şurasında haqlarının dondurulması proseduruna başlanılsın. Bununla da mən tək Azərbaycan yox, həm də Avropa miqyasında göstərmək istəyirəm ki, üzvlər öz öhdəliklərini yerinə yetirməlidir. Çünki, bu gün Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, sabah digər ölkələr də bunu edəcəklər. Məhz buna görə Avropa Şurası tədbir görməlidir. Mən bunu Konvensiyanı müdafiə etmək üçün edirəm".

Bundan öncə isə Avropa Şurasının Nazirlər Komitəsi bildirmişdi ki, Azərbaycan höküməti 8 nəfərin üzərindən məhkumluğu qaldırılmalıdır.

Bu şəxslər ReAL partiyasının sədri İlqar Məmmədov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov və NİDA Vətəndaş Hərəkatının 2013-cü ildə həbs edilmiş 4 üzvüdür.

Hazırda azadlıqda olan həmin şəxslərin üzərindən məhkumluğun götürülməsi onların fevralın 9-na nəzərdə tutulan növbədənkənar parlament seçkilərində namizədliklərini irəli sürməyə imkan verəcək.

ReAl sədri İlqar Məmmədovun bu müraciətinə, hələlik, Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun bir neçə şikayətini təmin edib.

Məhkəmə hələ 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

AİHM İlqar Məmmədovla bağlı 2017-ci ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən edib.

AİHM İlqar Məmmədovun siyasi motivlərlə həbs olunması nəticəsinə gəlib.

Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə 2018-ci il avqustun 13-də İlqar Məmmədov azad edilib. O, 2 il sınaq müddəti şərti ilə azadlığa buraxılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG