Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:55

İlhamənin 3 milyonluq əmlakına görə köməkçisinə 8 il həbs istənildi


İlhamə Quliyeva
İlhamə Quliyeva

Mərhum xalq artisti İlhamə Quliyevanın 2.7 milyonluq əmlakını ələ keçirməyə cəhddə suçlanan köməkçisi Mehriban Hüseynovanın mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Dekabrın 20-də keçirilən məhkəmə iclasında prokuror çıxış edərək, M.Hüseynovaya 8 il həbs cəzası verilməsini təklif edib.

Prokuror bildirib ki, Mehriban Hüseynova mərhum müğənninin 2 milyon 700 min manat dəyərində daşınan və daşınmaz əmlakını ələ keçirməkdən ötrü saxta vəsiyyətnamə hazırlayıb.

M.Hüseynovanın vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Ona dekabrın 27-nə qədər vaxt verilib.

Buna da bax-'İlhamə Quliyeva dedi ki, Mehribanı öldür...'

M.Hüseynova 2015-ci il oktyabrın 21-də həbs edilib. Ona Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə ittiham verilib.

Amma M.Hüseynova ittihamı qəbil etmir. Məhkəmədə də bildirib ki, İlhamə Quliyeva özü könüllü şəkildə ona baş etibarnamə vermişdi. Çünki müğənni ağır vəziyyətdə olanda, xəstəxanada yatanda, yanında ondan başqa heç kim olmayıb. M.Hüseynovanın sözlərinə görə, İlhamə Quliyevanın oğlu Orxan Nadirov və gəlini ilə də münasibətləri yaxşı deyildi.

İlhamə Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG