Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:47

ABŞ konqresmenləri uyqur alimi Nobel Sülh Mükafatına nominasiya edirlər


Ilham Tohti
Ilham Tohti

ABŞ Konqresinin hər iki partiyasından olan millət vəkillərinin bir qrupu Çin həbsxanasında cəza çəkən uyqur mənşəli alim Ilham Tohtini Nobel Sülh Mükafatına nominasiya edib.

Respublikaçı senator Marco Rubio və demokratlarla ittifaqda olan müstəqil millət vəkili Bernie Sanders Çin üzrə Partiyalararası Konqres İcraiyyə Komissiyasının nominasiya məktubunu imzalayıblar.

Rubio yanvarın 30-da deyib: "Bu nominasiya çox münasib bir vaxtda, Çin hökumətinin və Kommunist Partiyasının bir milyondan artıq uyqura və “siyasi təkrar təlimləndirmə” düşərgələrində saxlanan başqa etnik azlıq nümayəndələrinə qarşı kütləvi insan haqları pozuntularını törətdikləri bir vaxtda edilir”.

Senator Marco Rubio
Senator Marco Rubio

Rubio əlavə edib ki, “Ilham Tohtinin uyqurlar və çinlilər arasında dinc anlaşma və etnik harmoniya üçün göstərdiyi səylər Nobel Komitəsi tərəfindən qiymətləndirilməyə layiqdir”.

Nobel Sülh Mükafatı Komitəsinin sədri Berit Reiss-Andersenə və komitənin digər üzvlərinəünvanlanmış məktubda deyilir ki, “biz 2019-cu ildə bu yüksək mükafata professor Tohtidən daha layiqli kimisə görmürük”.

Çin 2014-cü ilin sentyabrında 49 yaşlı Tohtini separatizm ittihamı ilə ömürlük həbsxana cəzasına məhkum edib.

Bu ittihamlara onun dərs zamanı səsləndirdiyi fikirlər və Çinin Sintzyan regionunda yaşayan müsəlman uyqur azlığına münasibətdə siyasətini tənqid etdiyi müsahibələr səbəb olub.

Tohti Çində türkdilli uyqurların insan haqları uğrunda ən tanınmış mübarizlərdən sayılır.

Çində ümumi sayları 15 milyondan çox olan uyqurlar Pekin hakimiyyəti altında çəkdikləri çətinliklərdən şikayət edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG