Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Ekspert: 'Əsas hədəf Fransa ilə hərbi əməkdaşlıqdır'


Fransa prezidenti Emmanuel Macron (sağda) Azərbaycan prezidenti İlham Əliyev, Paris, 20 iyul 2018
Fransa prezidenti Emmanuel Macron (sağda) Azərbaycan prezidenti İlham Əliyev, Paris, 20 iyul 2018

“Bununla da, Matarella TAP-ın çəkilişinə etirazlara son qoydu”

“İstər İtaliya prezidentinin Azərbaycana səfərini, istərsə də dövlət başçısı İlham Əliyevin Fransa səfərini Azərbaycan xarici siyasətinin uğuru kimi dəyərləndirmək olar”, - REAL partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli İtaliya prezidentinin Azərbaycana və dövlət başçısı İlham Əliyevin Fransaya səfərlərini şərh edərkən deyir.

O hesab edir ki, İtaliya prezidenti Sergio Materella Azərbaycan səfəriylə TANAP qaz kəmərinin davamı olan və bir hissəsi İtaliyadan keçən TAP qaz kəmərinin çəkilişinə etirazları aradan qaldırdı:

“Bununla da demək olar ki, İtaliyada TAP-ın çəkilişinə etirazlara son qoyuldu”.

Politoloq: Qarşılıqlı maraqlar səfəridir

Zərdüşt Əlizadə, 20 avqust 2010
Zərdüşt Əlizadə, 20 avqust 2010

“İtaliyada yeni qüvvələr hakimiyyətə gəlib. Bu hakimiyyət praqmatik siyasət yürütmək istəyir”.

Politoloq Zərdüşt Əlizadə İtaliya prezidenti Sergio Matterellan-ın Azərbaycan səfəri haqda danışarkən belə deyir.

Onun qənaətincə, bu səfərə Azərbaycanın “Avrozonada ən böyük tərəfdaşının səfəri” kimi baxmaq lazımdır.

Buna da bax: 'Sərhədsiz Reportyorlar' Avropa liderlərinə müraciət etdi

Politoloq bildirir ki, dövlət başçısı İlham Əliyevin Fransa səfərinə isə “qarşılıqlı maraqlar”ın təmin olunması bucağından baxmaq lazımdır: “Hələlik bunu demək olar və bundan artıq heç nə deyə bilmərəm”.

“İlham Əliyevin Fransa səfəri daha maraqlı idi”

Bu günlərdə Azərbaycan-İtaliya biznes-forumunda ilk dəfə olaraq İlham Əliyev İtaliya şirkətlərinə birbaşa müraciət edərək Azərbaycana sərmayə yatırmağa dəvət etdi, sərmayələrin etibarlı şəkildə qorunduğu bəyanatı səsləndirildi.

Natiq Cəfərli bu çağırışın İtaliya şirkətləri, iş adamları arasında necə qarşılanacağı haqda bəribaşdan nəsə söyləyə bilmir.

“İtaliya şirkətlərinin bu dəvətə nə dərəcdə güvənib Azərbaycana gələcəklərin ayrı bir məsələdir və bunu gələcək göstərəcək”, - iqtisadı bildirir.

N.Cəfərliyə görə, dövlət başçısı İlham Əliyevin Fransa səfəri daha maraqlı idi:

“Səfərdən öncə Fransa tərəfin silah satışı ilə bağlı embarqonu aradan qaldırdığı barədə xəbərlər yayıldı. Bu səfərdə məqsədlərdən biri də hərbi sahədə əməkdaşlıq olduğu anlamına gəlir”.

Natiq Cəfərli
Natiq Cəfərli

​O digər tərəfdən Qarabağ problemi və biznes sahəsində “ciddi görüşlər” keçirilməsinə diqqət çəkir. N.Cəfərlinin sözlərinə görə, bu görüşlər həm də Azərbaycan hökumətinin Qərb və Avropa ölkələrindən ciddi dəstək alması deməkdir.

İqtisadçının qənaətincə, bu görüşlər həm də onu göstərir ki, istər Avropa, istərsə də bütün Qərb dövlətləri öz maraqlarını öndə tuturlar.

“Yəni, Avropadan kiminsə çıxıb insan haqlarını qoruyacağı kimi gözləntilər əbəsdir, dünya daha realist düşünür”, - deyə fikrini tamamlayır.

“İnsan haqları “daxili iş”ə çevrilib”

Səfər öncəsi bəzi yerli və beynəlxalq hüquq müdafiəçiləri, Sərhədsiz Reportyorlar Təşkilatı Fransa prezidentinə mürcaiət edərək İlham Əliyevlə görüşdə Azərbaycanda insan haqları sahəsindəki problemləri müzakirə etməyə çağırmışdılar. Amma rəsmi məlumatda görüşdə bu mövzuda müzakirə aparılı-aparılmasması haqda heç nə deyilmir.

Politoloq Zərdüşt Əlizadə deyir ki, Fransada insan haqları məsələsinə toxunulmaması artıq bunun “daxili iş”ə çevrilməsi ilə bağlıdır.

“Yəni azərbaycanlıların insan haqları məsələsi onların öz işidir, öz problemlərini özləri həll etməlidir, belə bir baxış düşünclərdə yer alıb”, - Əlizadə bildirir.

Xatırlatma

İtaliya prezidentinin başçlıq etiyi nümayəndə heyəti iyulun 18-19-da Azərbaycanda səfərdə olub. Səfər müddətində bir sıra sənədlər imzalanıb, biznes-forum keçirilib. Tərəflər arasında bir sıra sənədlər imzalanıb.

Dövlət başçısı İlham Əliyev iyulun 19-da Fransaya səfərə yollanıb. Səfər müddətində Fransanın siyasi rəhbərliyi və tanınmış şirkət rəhbərləriylə görüşlər keçirilib, Dağlıq Qarabağ problemi müzakirə edilib. İki ölkə arasında sənədlər imzalanıb.

Səfər öncəsi bəzi yerli və beynəlxalq hüquq müdafiəçiləri, Sərhədsiz Reportyorlar Təşkilatı Fransa prezidentinə mürcaiət edərək İlham Əliyevlə görüşdə Azərbaycanda insan haqları sahəsindəki problemləri müzakirə etməyə çağırmışdılar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG