Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 01:02

İlham Əliyev Gürcüstandakı azərbaycanlılara 8 traktor bağışladı


Traktor
Traktor

Prezident İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlılara 8 ədəd «Belarus» markalı traktor hədiyyə edib. Traktorları sentyabrın 3-də Marneuli şəhərində SOCAR prezidenti Rövnəq Abdullayev gürcü rəsmilərinə təqdim edib.

Bu haqda SOCAR-ın mətbuat xidməti xəbər verir.

Mərasimdə SOCAR prezidenti ilə yanaşı, Gürcüstanın energetika naziri Kakha Kaladze də iştirak edib.

R.Abdullayev K.Kaladze ilə birgə Marneuli bələdiyyəsinin Qırıxlı kəndində yeni tikilmiş qazpaylayıcı şəbəkənin açılışını edib.

Açılış zamanı bildirilib ki, azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli regionunda indiyədək 27 minə yaxın abonent qazla təmin edilib.

SOCAR-ın Gürcüstanda 2 milyondan artıq abonenti var. 2009-cu ildən bəri şirkət bu ölkədə 5300 kilometr uzunluğunda qaz xətti çəkib.

XS
SM
MD
LG