Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:04

İlham Əliyev: 'Görün, pambıqçılığın nə qədər böyük faydası var...'


İ.Əliyev

«Görün, pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var - ilk növbədə, məşğulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir. Yerli istehsala təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır. Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir».

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev martın 26-da pambıqçılığın inkişafı ilə bağlı Bərdədə keçirilən müşavirədəki çıxışında belə deyib.

Ölkə başçısı 2016-cı ildə Sabirabadda, 2017-ci ildə isə Saatlıda keçirilmiş pambıq müşavirələrini yada salıb. Həmin müşavirələrdə verilən tapşırıqların yerinə yetirildiyini ifadə edib. İ.Əliyev vurğulayıb ki, son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bu sahənin çox böyük gələcəyinin olmasını göstərir.

«AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti»

İ.Əliyev deyib ki, mərhum prezident Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilib: «Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı... Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət – AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə salmışdı. Hakimiyyətə gəlmiş təcrübəsiz adamlar, ümumiyyətlə, iqtisadiyyat haqqında heç bir biliyə malik deyildilər, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı heç bir iş görülmürdü».

Ağ qızılın qara dərdi
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

İ.Əliyev bildirib ki, Azərbaycanda xaos, anarxiya, hərc-mərclik yaşanıb, bu da ölkənin inkişafına imkan verməyib. Prezidentin deməsinə görə, 1993-cü ildə Heydər Əliyevin xalqın dəvəti ilə qayıdışından sonra islahatlar başlayıb.

«Ət istehsalı 100 faizə yaxındır»

Son illərin iqtisadi göstəricilərinə toxunan İ.Əliyev çox ciddi uğurlara nail olunduğunu ifadə edib.

«Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq. Ət istehsalı təxminən 100 faizə yaxındır Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik», - prezident deyib.

Pambıqçılığın durumundan bəhs edən ölkə başçısının sözlərinə görə, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilib, 35 min ton pambıq tədarük edilib. O vurğulayıb ki, hökumət bu sahə ilə məşğul olandan sonra - son iki ildə pambığın tədarükü 35 min tondan 207 min tona çatıb.

Əti pambıq bahalaşdırır?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Pambıqçılığın əməktutumlu sahə olduğunu deyən İ.Əliyev bu sahədə on minlərlə yeni iş yerinin yaradıldığını söyləyib. Onun bildirməsinə görə, son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır.

«Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar... Eyni zamanda, pambıqçılıq çox gəlirli sahədir və yaxşı gəlir gətirir. Pambıqçılıq ixracyönümlü sahədir. İxrac üçün bazarları axtarmağa ehtiyac qalmır, birjalarda satılır», - prezident vurğulayıb.

Xatırlatma

Ancaq prezidentin iqtisadi inkişaf və pambıqçılığın böyük faydaları ilə bağlı dediklərinə müxalifətyönlü, müstəqil iqtisadçılar şübhə ilə yanaşırlar. Onların deməsinə görə, prezidentin bir sıra fikirləri ilə Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlər arasında da ziddiyyətlər var.

Müstəqil iqtisadçılar vurğulayırlar ki, xüsusilə prezidentin ətə olan tələbatın ödənilməsi ilə bağlı dedikləri statistik məlumatlarla üst-üstə düşmür. Onlar xatırladıblar ki, DSK-nın son məlumatına görə, bu ilin yanvar ayında ötən ilin yanvar ayı ilə müqayisədə mal əti idxalı 24.9 faiz, quş əti və onun əlavə məhsulları isə 3.3 dəfə artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG