Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:00

Prezident İlham Əliyev bu gün, mayın 10-da xanımı Mehriban Əliyeva ilə birlikdə mərhum prezident Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyasına qatılıb.

Ağacəkmə aksiyası Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində təşkil edilib.

Aksiya zamanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 2008-2017-ci illərdə salınan yaşıllıqlar barədə məlumat verib. Onun bildirdiyinə görə, həmin illərdə ölkədə ümumilikdə 5 milyon 200 minə yaxın ağac əkilib. Əsasən zeytun, badam, nar, innab, püstə, qoz və fındıq ağaclarının əkilməsinə daha çox üstünlük verilib.

«Təkcə bu ilin ötən dövründə isə ölkədə aqrobağların yaradılması məqsədilə 1 milyondan çox aqrar əhəmiyyətli ağaclar əkilib», - nazir bildirib.

Bu gün mayın 10-u prezident İlham Əliyevin atası, keçmiş prezident Heydər Əliyevin doğumunun 94-cü ildönümüdür. Bununla bağlı bu gün ölkədə bir sıra rəsmi mərasimlər keçirilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG