"Azərbaycan prezidenti deyir ki, koronavirus-a görə, Azərbaycan müxalifəti təzyiqə məruz qala bilər”.
Eurasianet.org dərgisi belə başlıqla məqalə dərc edib.
Materialda prezident İlham Əliyevin martın 19-da etdiyi çıxışındakı məqamlar təhlil olunur.
“Öz Novruz təbrikində İlham Əliyev ölkədəki iqtisadi, sosial, diplomatik və s. Nailiyyətləti sadaladı. Amma o bildirdi ki, “5-ci kolon koronavirusla bağlı prokavasiya edir”.
Sayt yazır ki, prezident 5-ci kolon deyərkən, sonuncu parlament seçkisini boykot edən və dialoqa açıq olmayan müxalifəti nəzərdə tutur.
Məqalədə deyilir ki, prezident İlham Əliyev həm də xaricdən maliyyələşənləri günahlandırır və “xaricdən gələn pul” deyərkən, Türkiyədə həbs olunmuş işadamı Mübariz Mənsimovu da nəzərdə tuta bilər.
Mənsimovu Fethullah Gülenin təşkilatına yaxın olmaqda ittiham edirlər.
Biznesmen sosail şəbəkədə Azərbaycan hakimiyyətini kəskin tənqid edirdi.
Qəzet yazır ki, halbuki, yalnız siyasi müxalifət yox, hakimiyyətə yaxın media da hökuməti koronavirusla bağlı tənqid edirdi.
Eurasianet bildirir ki, Gürcüstanda da, Belarusda da ilk yoluxma halı Azərbaycandan gələn şəxslərdə sonra aşkarlanmışdı.
Azərbaycan Cənubi Qafqazda koronavirusla bağlı informasiya internet səhifəsi açan sonuncu ölkədir. Bu səhifə martın 19-da işləmir.