Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 14:18

İlham Əliyev and içəcək


Hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırkı dövlət başçısı İlham Əliyevin andiçmə mərasiminin sabah, aprelin 18-də keçiriləcəyi gözlənilir.

“Turan” Agentliyi xəbər verir ki, bu haqda Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov danışıb.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Halbuki, seçki bu ilin oktyabrında keçirilməli idi. Hakimiyyət sözçüləri seçkinin vaxtının 6 ay önə çəkilməsini bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir sıra tədbirlərin və başqa beynəlxalq əhəmiyyətli toplantıların keçiriləcəyi ilə izah ediblər.

Aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə də qərar qəbul edib.

MSK-nın yekun protokoluna əsasən, İıham Əliyev 86.02 faiz səslə prezident seçkilərinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Bu gün, aprelin 17-də Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticələrinin təsdiqlənməsi ilə bağlı qərar qəbul edib. Qərara əsasən, İlham Əliyev növbəti 7 il müddətində Azərbaycanın prezidenti seçilmiş hesab olunub.

MSK və Konstitusiya Məhkəməsindən fərqli olaraq müxalif Müsavat Partiyası və Milli Şura seçkinin nəticəsini tanımadığını açıqlayıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.

Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.

Bu, İlham Əliyevin Azərbaycanda prezident seçkilərində 4-cü dəfə qələbə qazanmasıdır. O, bundan əvvəl 2003, 2008 və 2013-cü illərdə keçirilən seçkilərdə qələbə çalıb.

2009-cu il ölkə Konstitusiyasına edilən dəyişiklik onun müddətsiz prezident seçilməsinə imkan yaradıb.

XS
SM
MD
LG