Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 20:33

İlham Əliyev: 'Son illərlə müqayisədə 2016-cı il ən ağır il olmuşdur'


İlham Əliyev və Mehriban Əliyeva Zərdab Rayon Mərkəzi Xəstəxanasında

“Sosial məsələlərin həlli bundan sonra da prioritet olacaq. Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, Azərbaycanda belə gözəl tibb ocaqları yaradılır. Ehtiyac meyarı artırılacaq, digər sosial proqramlar gələn il də artıqlaması ilə icra ediləcək”.

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıqdan sonra tibb ocağının kollektivi ilə görüşündə deyib.

Buna da bax:​ Prezident Zərdaba gedib

Dövlət başçısı bildirib ki, dövlətin atdığı bütün addımlar sosial ədaləti tərənnüm edir: “Çünki yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik”.

“Kənd təsərrüfatının inkişafı uğurla gedir”

Prezident deyib ki, son illərdə Azərbaycanda 600-dən çox müasir tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Azərbaycanda pulsuz müayinədən keçmə siyasəti aparılır.

Buna da bax: Azərbaycanın neft pulları hansı valyutadadır?

Dövlət başçısı vurğulayıb ki, bu il ölkə üzrə dörd milyondan çox insan müasir xəstəxanalarda müayinədən keçib: “Biz indiki şəraitdə sahibkarlığın inkişafına xüsusilə daha böyük diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı uğurla gedir. Bu il bu istiqamətdə dövlət proqramlarının icrası ilə bağlı çox önəmli addımlar atılmışdır. Hazırda kənd təsərrüfatının müxtəlif sahələri - pambıqçılıq, baramaçılıq inkişaf edir”.

“Biz 2016-cı ili yaxşı göstəricilərlə başa vururuq”

Prezident qeyd edib ki, Azərbaycanda iş yerlərinin yaradılması daimi prosesdir: “Çünki bəzi başqa ölkələrdən fərqli olaraq bizdə əhali artır. Bu da iqtisadi inkişafın təzahürüdür. Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bax, bu xəstəxanada 500-dən çox iş yeri yaradılıb. Biz bundan sonra da çalışacağıq ki, işsizliyi ən aşağı səviyyədə saxlayaq. Ölkəmizin hərtərəfli inkişafı davam edir. Son illərlə müqayisədə 2016-cı il ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən ən ağır il olmuşdur. Buna baxmayaraq, biz çox ciddi tədbirlər görərək dünya böhranının mənfi fəsadlarını azaltmağa çalışmışıq və buna nail ola bilmişik. Biz 2016-cı ili yaxşı göstəricilərlə başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu, bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq”.

Buna da bax:​ Hökumət kiçilən iqtisadiyyatdan mənfəət gözləyir

Prezident dekabrın 2-də Zərdab rayonuna səfər edib.

Xatırlatma

Noyabrın 28-də Tarif Şurası bəzi kommunal xidmət haqlarının "şaxələndirilmiş ödəmə sisteminin" tətbiq edilməsi haqqında qərar qəbul edib.

Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.

Buna da bax: Nazir: “Qənaət rejiminə keçmişik”

Aylıq məsrəf 250 kwt/saat elektrikə görə qiymət 7 qəpikdir. Dekabrın 1-dən bundan artıq isə 11 qəpikdən hesablanır.

XS
SM
MD
LG