Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Əliyevlə Putin Soçidə görüşdü


Əliyev və Putin. Soçi
Əliyev və Putin. Soçi

Sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, Soçi şəhərindəki “Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

V. Putun: “Biz bunu strateji tərəfdaşlıq adlandırırıq”

Rusiya prezidenti Vladimir Putin deyib:
“ Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb. Bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz var. Çox şadam ki, siz bizim dəvətimizi qəbul edib bu gün Rusiyaya gəlmisiniz”.

İlham Əliyev Vladimir Putinlə
İlham Əliyev Vladimir Putinlə

​İ. Əliyev: “Əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq”

Azərbaycan prezidenti İlham Əliyev isə öz növbəsində deyib ki, görüşlər münasibətlərə dinamizm gətirir:
“ Bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən biz də məmnunuq. Münasibətlərimiz çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə dövriyyəsinin artmasını qeyd etdiniz. Bu da ölkələrimizin iqtisadiyyatlarında müsbət meyillərə dəlalət edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”
Prezident İlham Əliyev Qarbağ münaqişəsinə də toxunub.

“Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik. Bu gündəlik yetərincə genişdir. Əminəm ki, bizim bugünkü görüşümüz münasibətlərimizə əlavə impuls verəcək”, deyə İlham Əliyev vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG