Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:34

Prezident doğrudanmı Facebook-dakı tənqidləri nəzərə alır?


İlham Əliyev Facebook-da yazılanlara reaksiya verirmi?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

İlham Əliyev Facebook-da yazılanlara reaksiya verirmi?

Hakimiyyət ictimai rəyi hansı hallarda nəzərə alır? Ümumiyyətlə, ictimai rəy nəzərə alınırmı?

Son bir ayda prezidentin İlham Əliyevin ard-arda verdiyi qərarlar bu kimi sualları gündəmə gətirib.

Prezidentin bloqçu Mehman Hüseynov işinə reaksiyası, Qarabağ döyüşlərində həyatını itirənlərin hamısının yaxınlarına birdəfəlik müavinətlərin verilməsi, meşə bitkiləri ilə bağlı Nazirlər Kabinetinin qərarını ləğv etməsi bu fikirləri bir az da gücləndirib. Sadalananların hər biri sosial şəbəkələrdə geniş müzakirələrə, tənqidlərə səbəb olmuşdu.

Sosial media meneceri Həbib Müntəzir düşünür ki, bütün bunlar onu göstərir ki, etirazlar hakimiyyəti ictimai rəylə hesablaşmağa vadar edib:

"Azərbaycan hakimiyyəti sosial şəbəkələrə nəzarəti itirib. İndi onlar cəmiyyətdə də etirazların artması və bunun qarşısını da ala bilməməkdən çəkinirlər. Çünki yerli media ictimai rəyə əvvəlki kimi təsir edə bilmir, hakim partiya, prezident öz nüfuzunu itirib. Ona görə də son vaxtlar hakimiyyət təmsilçiləri məhz bu nüfuzu qaldırmağa çalışırlar".

Millət vəkili Zahid Oruc bu deyilənlərin heç biri ilə razılaşmır. Bildirir ki, hökumət hər zaman öz qərarlarında ictimai rəyi nəzərə alıb:

“Hökumətin məhz son zamanlar ictimai rəyi nəzərə alması əsla doğru deyil. Müxtəlif, sosial-siyasi-iqtisadi hadisələr sosial şəbəkələrdə paylaşılandan sonra hər zaman hökumət buna reaksiya verib. Dövlət başçısının bəzi qərarları məhz sosial şəbəkələrdəki müzakirələrdən qaynaqlanıb. Bu əslində çox gözəl bir hadisədir ki, hökumət həm də sosial şəbəkələrdə paylaşılan fikirləri nəzərə alı, bu müzakirələr təhlil edilir və adekvat mövqe qoyulur”.

Zahid Oruc
Zahid Oruc

Amma Zahid Oruc da razılaşır ki, indi ictimai fikir yerli kanallardan və qəzetlərdən daha çox sosial media vasitəsilə formalaşır. O yada salır ki, dəfələrlə parlamentdəki çıxışlarında da dövlət qurumlarını sosial şəbəkələrdə aktiv olmağa çağırıb. Hətta həmin qurumlarda sosial mediaya məsul ayrıca işçinin olmasını təklif edib.

Politoloq Hikmət Hacızadə də düşünür ki, hökuməti sosial şəbəkələrdəki fikirlər, ordakı ictimai rəy narahat etməyə başlayıb. Amma o, bu narahatlıqdan sonra hakimiyyətin, özəlliklə, prezidentin davranışında hər hansı dəyişiklik görmür.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Hikmət Hacızadə razılaşır ki, ötən illərlə müqayisədə cəmiyyətdə etirazlar artıb, etirazçıların inadkarlığı artıb. Politoloq yada salır ki, bloqçu Mehman Hüseynovun azadlığı ilə bağlı kampaniya aparanlar, müavinət almaq üçün etiraz edən hərbçi ailələri istəklərinə çatdı. Amma onun fikrincə, bu, hakimiyyətin ictimai rəyin nəzərə alması anlamına gəlmir:

“Bu aydındır ki, “şəhidlərin qan pulları” verilməlidir və ya meşədə əzgil yığmaq qadağan olmamalıdır. Yəni, bununla bağlı qərarların verilməsi ciddi bir addım deyil. Ciddi addım o zaman olar ki, məsələn, siyasi məhbuslar buraxalar. Həm ölkə daxilində, həm də ölkə xaricində bununla bağlı etirazlar da var. Amma mən bununla bağlı hər hansı dəyişiklik görmürəm. Öz planları nədir elə də gedirlər, kimi nə qədər istəyirlər o qədər incidirlər”.

Hikmət Hacızadə bir-iki qərarın “ictimai rəy nəzərə alınır” kimi təqdim olunmasını qəbul etmir. O düşünür ki, bunun üçün hakimiyyət təmsilçilərinin davranışlarında ciddi dəyişiklik hiss olunmalıdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, Azərbaycanda ictimai rəy nə dərəcədə nəzərə alınır?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Hələlik prezidentin sosial mediada müzakirə olunan mövzulara son aylar dalbadal bir neçə operativ reaksiyasına dair təhlilçilərin fikri yekdil deyil. Qeyd etdiyimiz kimi bunu ictimai rəylə hesablaşma cəhdləri kimi izah edənlər də var, cəmiyyətin getdikcə daha inadkar olmasının nəticəsi kimi yozanlar da. Qısaca onu da qeyd edək ki, prezident İlham Əliyevin özünün, övladlarının da Facebook, Twitter, Istagram kimi sosial media platformalarında kifayət qədər fəal şəkildə yenilənən hesabları var. Hətta, bir ara, ictimai fəallar öz etirazlarını kütləvi şəkildə bu hesablar vasitəsilə hakim ailəyə çatdırmağa çalışırdrılar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG