Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 22:59

'Cəmiyyətimizin inkişaf səviyyəsini referendum bir daha bariz şəkildə göstərdi'


İlham Əliyev Konstitusiya dəyişikliyinə səs verir, 26 sentyabr 2016.

"Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan dövləti"...

"Ümummilli lider Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan dövləti başqa ölkələrdə məskunlaşmış həmvətənlərimizin taleyinə diqqətlə yanaşır, onların hüquqlarının qorunmasına, milli-mənəvi birlik ideyaları ətrafında təşkilatlanması məsələsinə xüsusi əhəmiyyət verir".

Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı müraciətində belə deyilir.

Prezident müraciətində Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma da toxunub:

"Cəmiyyətimizin inkişaf səviyyəsini bu il sentyabrın 26-da keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bir daha bariz şəkildə göstərdi. Azərbaycan vətəndaşları yüksək siyasi yetkinlik nümayiş etdirərək, dövlətimizin möhkəmlənməsinə, insan hüquq və azadlıqlarının qorunmasına yeni imkanlar açan həmin dəyişikliklərə səs verdilər".

İlham Əliyev müraciətində Ermənistanın hərbi təcavüzünün tezliklə aradan qaldırılacağına inandığını da bildirib.

XS
SM
MD
LG