Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:44

Prezident məmurlara barmaq silkələdi [video]


İlham Əliyev rüşvətxor məmurlara barmaq silkələdi
Gözlə

No media source currently available

0:00 0:14:42 0:00

İlham Əliyev rüşvətxor məmurlara barmaq sirkələdi [video]

Prezident İlham Əliyev deyir ki, məmur rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Özünü təvazökar aparmalıdır.

"Get insanlara qulluq et, dövlətə xidmət et, təmiz işlə"

Prezident məmurlara barmaq silkələyib, deyib ki, onun sözlərindən nəticə çıxarmayanlar cəzalandırılacaq.

“Məmurun özü və ailə üzvləri nümunə olmalıdır. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək".

Buna da bax:​ Azərbaycan ofşor şirkətlərdən necə vergi alacaq?

İlham Əliyev bunları yanvarın 30-da regionların sosial-iqtisadi proqramının icrası ilə bağlı müşavirədə deyib.

İlham Əliyev bildirib ki, məmurun yaxşı olması insanların yaxşı yaşaması üçün vacibdir. Məmur xalqın köməkçisidir və vətəndaşa xidmət etməlidir.

Bakı sakinlərindən soruşmuşuq ki, sizin fikrinizcə, prezident öz hökumətinin məmurlarının yaxşı işləməsi üçün hansı addımları atır:

İlham Əliyev pis işləyən məmurlarını cəzalandırırmı?
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

"Əks halda ölkədə vəziyyət olduqca katastrofik olacaq"

İlham Əliyev əvvəlki müşavirələrində də məmurlara qəzəblənmişdi. Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, bu ənənə prezidentə atasından qalıb və çox vaxt bu çıxışlar auditoriyanı sakitləşdirməyə hesablanır və əsasən cəzalanan olmur.

Buna da bax:​ 'Ölkə ata malı kimi bölüşdürüldü'

Rəşidoğlu deyir ki, Əliyev əsasən öz maraqlarına toxunan məmurları cəzalandırılır. O, DİN -in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və ya keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanovun cəzalandırılmasını həbs olunmasını buna misal çəkir.

Azər Rəşidoğlu deyir ki, indi ölkənin iqtisadi durumu elədir ki, prezidentin məmurlar arasında əsl islahat aparmasına ehtiyac var. Siyasi şərhçi yol təklif edir:

“Prezidentin qarşısında ən çevik yol maliyyə amnistiyası elan etmək, məmurların hakimiyyətdən getməsi, amma biznesdən getməməsi, pulu istehsala qoyması, hakimiyyətə isə nə iqtidarı, nə də müxalifəti təmsil etməyən mütəxəssislərin gəlməsinə çalışmalıdır. Əks halda ölkədə vəziyyət olduqca katastrofik olacaq”.

Buna da bax:​ Doğrudanmı İlham Əliyev deyən kimi 'dünyada böhran var'? [video]

Prezidentin öz ailə üzvləri nümunə göstərirmi?

İlham Əliyev məmurların özlərinin və ailə üzvlərinin təvazökar olmasını istəyir. Amma Əliyevin ailə üzvlərinin biznesi haqqında bir sıra jurnalist araşdırmaları olub.

Məsələn, 2010-cu ildə Vaşinqton Post qəzeti prezidentin o vaxt 11 yaşında olan oğlu Heydər Əliyevin adına 9 mülkün olduğunu yazırdı. Prezident Administrasiyası bu məlumatı şərh etməkdən imtina etmişdi.

Buna da bax: İlham Əliyevin övladlarının London mülkləri də əldən çıxa bilər [video]

Keçən il məşhur jurnalist araşdırması - Panama sənədləri üzə çıxarmışdı ki, Azərbaycanın birinci ailəsi dünyanın ən məxfi ofşor ərazilərində qeydiyyatdan keçirilmiş şirkətlər şəbəkəsi vasitəsilə ölkənin ən zəngin qızıl, gümüş və mis yataqlarına nəzarətə sahiblənib.

Azərbaycan rəsmiləri bu məlumatı da şərh etməyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG