Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 04:41

İlham Əliyev Viktor Orbanı qəbul edib.


İlham Əliyev Macarıstanın baş nazirini qəbul edib
İlham Əliyev Macarıstanın baş nazirini qəbul edib

-

Martın 6-da Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın baş naziri Viktor Orban ilə görüşüb.
AzərTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanların olduğu bildirilib.
Macarıstan baş naziri Viktor Orban martın 5-də Azərbaycana gəlib. O, elə həmin gün Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşüb.

Bu gün isə Azərbaycan Macarıstan biznes forumu keçirilib. Forumda iki ölkənin 200-dən çox iş adamı iştirak edib.

XS
SM
MD
LG