Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:11

İlham Əliyev daha kimlərin maaşını artırdı? Yeni sərəncamlar


Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Maaş və pensiyalar nə qədər artsın?

Prezident İlham Əliyev bu gün, martın 3-də bəzi sahələr üzrə maaşların 10 faiz artırılması ilə bağlı sərəncamlar verib.

Onlardan biri mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilən aylıq vəzifə (tarif) maaşlarının martın 1-dən orta hesabla 10 faiz artırılması ilə bağlıdır.

Habelə, prezidentin başqa bir sərəncamı ilə martın 1-dən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların da əməkhaqları 10 faiz artırılıb.

Onlara Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Atatürk Mərkəzi və dövlət arxivləri daxildir.

Eyni zamanda, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunda çalışanların da maaşları eyni qaydada artır. Bura Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu da daxildir.

Buna da bax: İlham Əliyevin sərəncamları: Pensiya artımı, yoxsa seçki təbliğatı?

İlham Əliyevin sərəncamları: Pensiya artımı, yoxsa seçki təbliğatı?
Gözlə

No media source currently available

0:00 0:14:34 0:00

Bu siyahıda Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu, Prezidenti yanında Elmin İnkişafı Fondu və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da yer alır.

Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Prezidenti yanında Gənclər Fondu, Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də onların arasındadır.

Dövlət başçısının başqa bir sərəncamı ilə də kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin maaşlarına da həmin tarixdən 10 faiz əlavə ediləcək.

Prezident mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçiləri də eyni qaydada sevindirib.

Bütün bunlardan başqa, Dövlət büdcəsindən maliyyələşdirilən meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin də əməkhaqqı eyni məbləğdə artırılıb.

Dövlət başçısı bundan əvvəl isə müəllimlərlə, həkimlərin maaşlarına 10 faiz əlavə edilməsi ilə bağlı sərəncamlar imzalamışdı

Xatırlatma

Prezident İlham Əliyev son həftələr bəzi təqaüd və müavinətlərin artırılması ilə bağlı da sərəncamlar verib. Həmin artımlar da martın 1-də qüvvəyə minib. Amma bu artımlar 10 faizdən 70 faiz arasında dəyişir.

Bəzi ekspertlər, eləcə də müxalif siyasi qüvvə təmsilçiləri ölkə başçısının bu sərəncamlarının düzgün vaxtda verilmədiyini düşünürlər. Onlar əməkhaqlarının artırılmasını təqdir edirlər. Ancaq onu xüsusi vurğulayırlar ki, ölkə başçısının növbədənkənar prezident seçkiləri öncəsində belə qərarlar verməsi həm də seçkidə səslərin əldə edilməsinə yönəlib. Onlar hesab edirlər ki, bu sərəncamlar ötən ilin sonu növbəti dövlət büdcəsi layihəsi qəbul edilərkən verilsəydi düzgün olardı.

Ancaq hakimiyyətin tərəfdarları da deyir ki, prezident daimi olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətdə addımlar atır. Onların fikrincə, bu sərəncamlar qanunvericiliklə də ziddiyyət təşkil etmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG