Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:11

Prezident: ‘İnsan haqlarının qorunmasına böyük önəm veririk’


İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. 24noy2017
İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. 24noy2017

“Avropa Birliyi (AB) ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Ümidvaram ki, bu danışıqlar tezliklə başa çatacaq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq”.

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev noyabrın 24-ü “Şərq Tərəfdaşlığı” Sammitinin plenar sessiyasında çıxışında deyib.

Buna da bax: Jurnalistə səyahət qadağasını qaldırmağa çağırırlar

O vurğulayıb ki, Avropa Birliyi Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

“Ticarətimizin demək olar ki, 50 faizini ( Dövlət Statistika Komitəsinin məlumatında bu 40 faizdən azdır) üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa Birliyindən Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır”.

Buna da bax: Brüssel sammiti: 'Şərq Tərəfdaşlığı' kimə tərəf çıxacaq

Prezident deyib ki, Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini davam etdirir.

“Biz demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm veririk və buna ciddi şəkildə sadiqik.

Eyni zamanda, biz iqtisadiyyatımızı dəyişdiririk. Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı həm də bizim müstəqilliyimiz üçün güclü təməldir. İqtisadi cəhətdən müstəqil olanda, sözsüz ki, daha müstəqil xarici siyasət yürütmək olar. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. 2004-cü ildən ümumi daxili məhsul 3 dəfədən çox artıb. Biz işsizlik səviyyəsini 5 faizə endirməyə nail olmuşuq. Xarici borc ümumi daxili məhsula nisbətdə 20 faizdən də aşağı səviyyədədir”.

Buna da bax: Lavrov gəldi-getdi - nə dəyişdi? [video]

Prezident İlham Əliyev Qarabağ münaqişəsinə də toxunub:

“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz”.

Buna da bax:​ İqtisadçı: “Monopoliya ləgv edilməli, kadr islahatları aparılmalıdır”

İlham Əliyev Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi” layihəsindən də bəhs edib:

“Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır .3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq”.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Prezident çıxışının sonunda da deyib ki, Azərbaycan insan kapitalına böyük sərmayə yatırıb.

“Savadlılıq səviyyəsi 100 faizə yaxındır. Təhsilli insanlar bizim islahatlarımız üçün əsas aparıcı qüvvə, radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır”.

Xatırlatma

Noyabrın 24-ü Brüsseldə V Avropa Birliyi «Şərq tərəfdaşlığı» sammiti keçirilib.

Sammitə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

«2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması» adı altında təşkil edilən sammitin sonunda yekin Bəyannamə qəbul olunub.

Bundan öncəki sammit 2015-ci ildə Riqada keçirilmişdi.

Buna da bax:​ Prezident müxalifətə: 'Onların kitabı çoxdan bağlanıb'

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Dünən, noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa Birliyi Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzalayıb.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

Azərbaycan isə bu qurumla oxşar danışıqlara bu ilin fevralından başlayıb. Əvvəlcə Brüssel sammitində Azərbaycanla da Avropa Birliyi arasında sazişin imzalanacağına ümidlər bəslənirdi. Ancaq bu yaxınlarda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirdi ki, bu il belə sazişin imzalanacağı gözlənilmir.

Müxalifət hesab edir ki, Azərbaycan danışıqlar görüntüsü yaradır, amma islahatlardan qaçır.

Buna da bax:

Azərbaycanın demokratiya balı yenə düşdü, Bakı tənqidləri eşitmək belə istəmir
Gözlə

No media source currently available

0:00 0:14:37 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG