Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

İlham Əliyev: Azərbaycan - NATO əməkdaşlığı uğurla inkişaf edir


NATO-nun bayrağı, arxiv foto
NATO-nun bayrağı, arxiv foto

Azərbaycan-NATO əlaqələri prezident İlham Əliyev-lə bu qurumun Parlament Assambleyasının sədri Paolo Alli-nin başçılıq etdiyi nümayəndə heyətinin görüşündə müzakirə edilib.

AZƏRTAC-ın məlumatına görə, sentyabrın 12-ə keçirilən görüşdə İ.Əliyev Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

O, NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin Bakıda keçirilən iclasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Xəbərdə Paolo Alli-nin də regional təhlükəsizlik və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmasında maraqlı olduqlarını qeyd etdiyi bildirilir.

Xatırlatma

Azərbaycan NATO ilə əməkdaşlığa 1994-cü ildə başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ildən Azərbaycan FTƏP-ə qoşulub. Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Onların fikrincə, bir tərəfdən, hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə, islahatlardan çəkinir. Rəsmilər isətənqidləri qəbul etməyərək, bunu balanslaşdırılmış siyasətlə izah edirlər.

XS
SM
MD
LG