Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:56

Prezidentin reytinqinin 95 faiz olmasına neçə faiz inanmaq olar? (VIDEO)


İlham Əliyevin reytinqi doğurdanmı 95 faizdir?
Gözlə

No media source currently available

0:00 0:09:58 0:00

İlham Əliyevin reytinqi doğurdanmı 95 faizdir?

İlham Əliyevin nüfuzu artıbmı? Onun ölkədə nüfuzu həqiqətdə nə qədərdir? Azərbaycanda müstəqil rəy sorğuları niyə keçirilmir?

Prezidentin öz fərmanı ilə bu ilin fevralında yaradılmış Sosial Tədqiqatlar Mərkəzinin oktyabrda açıqladığı hesabata görə, respondentlərin 77,5 faizi deyib ki, İlham Əliyevə inam və etimadı daha da artıb, təqribən 18,1 faiz isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildiriblər.

Oktyabr ayında keçirilən rəy sorğusu göstərib ki, prezidentin kadr islahatlarına ictimai dəstək getdikcə daha da artır. Beləki, cari ilin iyun ayında bu dəstək 74 faiz təşkil etdiyi halda, oktyabr ayında 86,5 faizə bərabər olub. Bu da ondan xəbər verir ki, davamlı kadr islahatları vətəndaşlar tərəfindən ümummilli rifahın təmin olunmasının alternativsiz yolu kimi qiymətləndirilir.

İlham Əliyev oktyabrın 23-də öz administrasiyasının rəhbəri Ramiz Mehdiyevi vəzifəsindən azad etmiş, daha bir neçə daxili struktur dəyiş-düyüşü etmişdi.

"95 faiz dəstəkləyirsə, seçkini niyə 58 faizlə udub?"

Amma Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesabatla razılaşmır və deyir ki, 95 faizdən çox rəyi soruşulanın İlham Əliyevi dəstəkləməsi barədə ondan xəbər verir ki, rəqəm real deyil, onun sözlərinə görə, çünki yalnız avtoritar rejimlər özləri haqda belə şişirdilmiş imic yaradırlar, inkişaf etmiş ölkələrin liderlərinin nüfuzu ən yaxşı halda 60 faiz ətrafında olur:

“Necə ola bilər ki, ölkə əhalisinin 95 faizi İlham Əliyevə rəğbət göstərsin, amma İlham Əliyev seçkiləri 58 faiz saxtalaşdırsın?! Necə ola bilər ki, ölkə əhalisinin 95 faizi İlham Əliyevə rəğbət göstərsin, amma İlham Əliyev müxalifətin sərbəst toplaşma azadlığına imkan verməsin, bu ölkədə heç bir regionda və Bakı şəhərində mitinq keçirmək imkanı olmasın. Necə ola bilər ki, xalq 95 faiz səviyyəsində hökumətin yanında olsun və bu şəraitdə İlham Əliyev öz rəqiblərinə polisin əliylə işgəncə versin?”

Əli Kərimli hesab edir ki, ölkədə müstəqil sorğu mərkəzləri olmadığından, onların fəaliyyətinə imkan verilmədiyindən siyasi rəhbərlərin də real nüfuzunu müəyyənləşdirmək olmur. Onun sözlərinə görə, İlham Əliyevdən qat-qat nüfuzlu olan atası, mərhum prezident Heydər Əliyevin nüfuzu ən yaxşı halda 36 faiz olub, İlham Əliyevin nüfuzunun 90 faizdən yuxarı olması inandırıcı deyil.

90 faiz olmur

Harvard Universitetinin dövlət idarəçiliyi üzrə məzunu Bəxtiyar Hacıyev deyir ki, ABŞ-da həm prezident, həm də parlament seçkilərindən əvvəl bir neçə müstəqil rəy sorğuları keçirir. Onun sözlərinə görə, bu rəy sorğularının nəticələri adətən bir birinə yaxın olur. Bəxtiyar Hacıyev deyir ki, ABŞ-da ən yaxşı halda siyasətçinin reytinqi 50 faiz ətrafında olur:

“Rəğbət Azərbaycandakı kimi 90 faiz və daha çox olmur, 50 faiz civarında olur. Hansısa müharibə şəraitində bütün vətəndaşları bir məqsəd ətrafında birləşdirən hallarda bu, 70 faizi keçmir. Bəzi hallarda siyasi liderin reytinqi 20 faizə qədər aşağı düşə bilir. Amma dediyim kimi yalnız müəyyən ölkələrdə ola bilər ki, əhalinin 90 faizdən yuxarı hissəsi hansısa siyasi lideri dəstəkləsin”.

Bəxtiyar Hacıyev deyir ki, ola bilər, Azərbaycanda prezident uzun müddətdir ki, dəyişmədiyi üçün onun reytinqi yuxarı olsun, əhalidə elə bir rəy formalaşsın ki, bütün problemlərin səbəbi pis işləyən məmurlardır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Azərbaycanda əhalinin neçə faizi hökumətin işindən razıdır?
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Rəy sorğuları seçkilərdən əvvəl xüsusilə aktuallaşır. Gələn il Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Müstəqil şərhçilər və müxalifət hesab edirlər ki, əhalinin bütün siyasi qruplar haqqında məlumat almaq imkanı məhdudlaşdırılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG