Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:00

Əliyev Putinə zəng vurub


İlham Əliyevlə Vladimir Putin, Bakı, 8 avqust 2016

Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dövlət başçısı Vladimir Putinə ad günü münasibətilə səmimi qəlbdən təbriklərini çatdırıb, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

“Rusiya Federasiyasının prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib”, açıqlamada vurğulanır.

Mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Vladimir Putinin bu gün, oktyabrın 7-də 66 yaşı tamam olur.

V. Putin 2000-2008-ci illərdə və 2012-ci ildən bəri Rusiya prezidentidir. O, 2008-2012-ci illər arası isə Rusiyanın baş naziri olub.

XS
SM
MD
LG