Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 13:51

İlham Əliyev: Qaragöl də bizimdir, biz öz torpaqlarımızdayıq  


Azərbaycan prezidenti İlham Əliyevin Kəlbəcər və Laşın səfəri, 16 avqust 2021

"Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə”, deyə İlham Əliyev bildirib.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin Qaragöl, erməni tərəfinin Sevliç adlandırdığı gölün Azərbaycana aid olduğunu avqustun 16-da, Kəlbəcərə səfəri zamanı deyib:

“Bu, bizim torpağımızdır. Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Biz gəlmişik. 30 il bu ərazi ermənilərin əlində idi. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə”, deyə İlham Əliyev bildirib.

Müharibədən sonra Qaragölün ətrafında gərginlik artır. “Qaragöl” Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Sünik vilayəti arasında yerləşir.

Bəs İlham Əliyevin bu ritorikası Ermənistanda necə qarşılanır?

Ermənistan- Richard Giragosian siyasi şərhçi
Ermənistan- Richard Giragosian siyasi şərhçi

Yerevanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian deyir ki, İlham Əliyevin mübahisəli sərhədlərlə bağlı açıqlaması daha çox Rusiyaya qarşı yönəlib, belə ki, Rusiya sərhədçiləri “Qaragöl”ə çox yaxındır:

“Azərbaycan, Rusiyanın təzyiqi ilə imzalanmış atəşkəs sazişinə itaətsizlik göstərməkdə davam edir. Son günlər sərhəddə artan atışmalar Ermənistanın cənubunda toplanmış Rusiya sərhədçilərinin yaxınlığında baş verir. Potensial olaraq Azərbaycan və Rusiya sərhədçiləri arasında toqquşmaların baş verməsi təhlükəsi var”, Giragosian deyib.

Toqquşmalar Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində, o cümlədən Naxçıvan tərəfdə də baş verir.

Dünən – avqustun 16-da erməni tərəfi sərhəddə iki əsgərinin öldürüldüyünü bildirib. Azərbaycan bunu təkzib edir.

Ermənistan Parlamenti bu gün, avqustun 17-də sərhəddəki durumu müzakirə etmək üçün toplaşıb.

Bakıda Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, mümkündür ki, Azərbaycan tərəfi Qaragöl istiqamətində bir qədər irəli gedib. Onun sözlərinə görə, belə qarşıdurma ona görə baş verir ki, Ermənistan tərəfi Sovet xəritələri əsasında sərhədlərin bölünməsi ilə razılaşmır:

“Laçın, Kəlbəcər, Qubadlı istiqamətində olan sərhədlərimizi biz azad edəndə mümkündür ki, biz 100 metr qabağa getmişik, 50 metr geri getmişik, bəlkə də bir yerdə 500 metr qabağa getmişik. Bu ola bilər. Bütün bunlar hamısı sərhədlərin əvvəl delimitasiyası, sonra demarkasiyası zamanı müəyyənləşir. Bununçün də bizim əsasımız, ümumiyyətlə bizə təklif olunan, qarşı tərəfə də təklif olunan Sovet xəritələridir. Ondan Ermənistan imtina edir, deyirlər ki, Sovet xəritələri dövlət sərhəddi deyil, inzibati ərazi bölgüsüdür”, İslam İsmayıl deyib.

İlham İsmayıl
İlham İsmayıl

İlham İsmayıl qeyd edir ki, Azərbaycan üçün indi önəmli olan Xankəndinə və Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgəyə nəzarəti bərpa etməkdir, daha sonra sərhəd dəqiqləşdirməsinə keçmək.

Riçard Giragosian isə deyir ki, bu ilin yanvarında sərhədlərlə bağlı təklif olunan işçi qrupunun fəaliyyətə başlamasına ehtiyac var ki, sərhədlərlə bağlı diplomatik danışıqların başlasın.

Keçən il Azərbaycan 44 günlük müharibədən sonra 90-cı illərdə itirdiyi torpaqların çox hissəsini geri qaytarıb, amma Ermənistanla yekun sülh müqaviləsi imzalanmayıb, sərhəd məsələsi isə ən çox mübahisə doğuran məsələlərdən biridir.

XS
SM
MD
LG