Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:41

Azərbaycan prezidenti Belçika krallığına gedib


Azərbaycan prezidenti İlham Əliyev mayın 13-də Belçika krallığına işgüzar səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Belçika kralı əlahəzrət Filiplə görüşü olub.

Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət müzakirə edilib.

Prezident İlham Əliyev kral Filipə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib.

Söhbət zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub.

Bu gün, mayın 13-də Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Belçika paytaxtında Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” proqramının altı iştirakçı ölkəsinin xarici işlər nazirlərinin görüşü olub.

Mayın 14-də isə Avropa Komissiyasının (AK) binasında bu qurumun rəhbəri Jean-Claude Juncker-in sədrliyi ilə yüksək səviyyədə konfrans keçirilməlidir. Konfransda "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçıları iştirak etməlidirlər. Prezident İlham Əliyev də konfransa qatılmalıdır.

Xatırlatma

Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir.

“Şərq Tərəfdaşlığı” Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb, ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

XS
SM
MD
LG