Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Prezident Avropa İttifaqı komissarını qəbul edib


Johannes Hann
Johannes Hann

Azərbaycan prezidenti İlham Əliyev iyunun 13-də Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Johannes Hannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Johannes Hann deyib ki, Azərbaycan ilə Avropa Birliyi arasında yeni saziş üzrə danışıqların yekunlaşması əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə ciddi təkan verəcək.

O, eyni zamanda Azərbaycanın Avropa Birliyindən ötrü enerji sahəsində əsas strateji tərəfdaş olduğunu bildirib.

“Söhbət zamanı Azərbaycan ilə Avropa Birliyi arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin də vacibliyi vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olundu”, agentliyin xəbərində qeyd olunur.

Bu gün, iyunun 13-də Bakıda V Avropa Birliyi-Azərbaycan biznes forumu keçirilib. Yohannes Handa bu forumda iştirak edib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlaıyıb.

1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitşik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

Xatırlatma

Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir.

“Şərq Tərəfdaşlığı” Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb.

Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

XS
SM
MD
LG