Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

'İlham Əliyevə görə həbsə getmək istəyənlər' kimdir?


İlham Əliyevdən yeni başçılara xəbərdarlıq: Cəzalandıracam
Gözlə

No media source currently available

0:00 0:09:59 0:00

İlham Əliyevdən yeni başçılara xəbərdarlıq: Cəzalandıracam

Hökumət müxalif Milli Şuraya yenə Lökbatanı göstərdi, Milli Şura isə yenə də, iki həftə əvvəl olduğu kimi etiraz aksiyasını şəhərin mərkəzində keçirməkdə iddialıdır.

Hərçənd müxalifət iddia edir ki, hakimiyyət mitinqdən öncə onlara basqını artırıb.

Oktyabrın 29-da, Facebook-da Fuad Muradov adlı profildən, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli ilə telefon söhbətinin səs yazısı yayılıb, həmin şəxs Əli Kərimliyə ismarıc göndərir:

“.... ayın 2-də qanunsuz çağırış etdiyi halda, biz də Milli Fədailər Hərəkatından qanunsuz çağırış edib onun adekvat cavabını verəcəyik. Və Əli Kərimliyə görə həbsə gedən gənclər... Biz də İlham Əliyevə görə həbsə gedəcəyik”.

Əli Kərimli AzadlıqRadiosuna müsahibəsində deyib ki, 19 oktyabr mitinqində polis ona ağır işgəncə vermişdi, mübarizəni dayandırmağı tələb etmişdi və indi açıq nömrələrdən hədələrin yönəldilməsi o deməkdir ki, Azərbaycan dövləti onu ölümlə hədələyir.

Zəngi qəbul etmiş Gültəkin Hacıbəyli deyir ki, 102 polis məlumat xidmətinə zəng etsə də, hələ ki, bir reaksiya verilməyib.

DİN: “Qoy Əli Kərimli özü müraciət etsin”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə AzadlıqRadiosunun əməkdaşına “qoy Əli Kərimli bizə müraciət etsin araşdıraq” deyib.

Gültəkin Hacıbəyli isə deyir ki, Milli Şuraya mitinq öncəsi təzyiqlər artır:

“Xalq Cəbhəsinin funksionerlərinin əksəriyyəti həbsdədir, təşkilat komitəsi, gənclər komitəsi bütövlükdə həbsdədir. AXCP sədrinin müavini Seymur Həzi həbsdədir. O, əvvəl 15 sutka cəza almışdı, indi 30 sutka alıb. Milli Şuranın koordinasiya mərkəzinin üzvlərindən Tofiq Yaqublu həbsdədir. Keçən mitinqdə saxlanandan sonra ona işgəncələr verilib”.

Gültəkin Hacıbəyli deyir ki, üzvlər polisə çağırılır, hədə qorxu gəlinir, onlara təzyiq olunur.

Müxalifətçilər və fəallar bildirirlər ki, şəhərin mərkəzində mitinq onların sərbəst toplaşmaq haqqıdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Müxalifət şəhərin mərkəzində mitinq keçirsinmi?
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq oktyabrın 30-da mətbuat üçün məlumat yayıb və bildirir ki, radikal müxalif qüvvələr qanunla qadağan olunan yerlərdə küçə yürüşləri, mitinqlər, piketlər keçirməyə çağırışlar edib, insanları dövlət orqanlarının qanuni tələblərinə tabe olmamağa, qarşıdurma yaratmağa, faktiki olaraq zorakılıqlar törətməyə, asayişi və sabitliyi pozmağa təhrik edirlər:

“Onlara bir daha xəbərdarlıq edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi, ictimai qaydanı, o cümlədən hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin dinc həyatını, rahatlığını, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət üzərlərinə düşəcək”.

Hakimiyyət qorxu içindədir

Hakimiyyətin daimi tənqidçisi, hüquq müdafiəçisi Leyla Yunus isə deyir ki, hakimiyyət indi heç zaman olmadığı qədər qorxu içindədir.

Onun sözlərinə görə, hakimiyyət mitinqi şəhərin mərkəzində keçirtməyə qorxusundan icazə vermir:

“Heç Sovet vaxtında belə dəşhətli işgəncələr yox idi. Bu, onu göstərir ki, bunlar qorxurlar. Pulu oğurlayırlar, ölkədə yaxşı heç nə yoxdur. Camaat ölkədən qaçır. Müxalifət də öz sözünü demək istəyir. “Məhsul” stadionunda yer versinlər, onlar da öz sözlərini desin”.

Milli Şuranın bundan əvvəlki mitinqi oktyabrın 19-a təyin olunmuşdu. Polislər aksiyanın qarşısını almışdı, onlarla şəxs saxlanmışdı.

Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranmışdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG