Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:29

İlqar Məmmədov Azərbaycanın AŞ-dan çıxarılması üçün təqdimat hazırlayır


İlqar Məmmədov
İlqar Məmmədov

Real partiyasının sədri İlqar Məmmədov Azərbaycanın Avropa Şurasından çıxarılması üçün qurumun nazirlər komitəsinə təqdimat hazırlayır. İlqar Məmmədov deyir ki, rəsmi Bakının o da daxil 8 nəfərin üzərindən məhkumluğu qaldırmaqla bağlı Avropa Şurası Nazirlər Komitəsinin qərarını icra etməməsi ona bu əsası verir.

Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycan hökümətinə verdiyi vaxt dekabrın 31-də başa çatır. Komitə bildirmişdi ki, Azərbaycan höküməti dekabrın 31-dək 8 nəfərin üzərindən məhkumluğu qaldırılmalıdır. Bu şəxslər REAL partiyasının sədri İlqar Məmmədov, Seçkilərin monitorinqi və demokratiyanın tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli, hüquq müdafiəçisiləri İntiqam Əliyev və Rəsul Cəfərov, NİDA vətəndaş hərəkatının 2013-cü ildə həbs edilmiş 4 üzvüdür.

İlqar Məmmədov deyir ki, indiyədək bu məsələ ilə bağlı Ali Məhkəmənin plenumunun olmaması Azərbaycan hökumətinin təkcə onunla bağlı artıq ikinci dəfə Avropa İnsan haqları Konvensiyasını pozduğunu göstrir:

“31 dekabr Azərbaycan hökumətinə verilmiş vaxtdan artıq keçdi və Azərbaycan hakimiyyəti mənə bəraət verməkdən və mənim bütün haqlarımı bərpa etməkdən imtina etməklə, Avropa İnsan Haqları Konvensiyasını ikinci dəfə kobudcasına pozdu. Azərbaycan yeganə ölkədir ki, Avropa Məhkəməsi qərarı ilə təsdiq olunub ki, Azərbaycan özünün Avropa Şurasındakı üzvlük öhdəliyinə əməl etmir. Bu mənə əsas verir ki, Nazirlər Komitəsinə təqdimat hazırlayım və xahiş edim ki, Avropa Şurası nizamnaməsinin 3-cü və 8-ci madəsinə uyğun olaraq Azərbaycanın Avropa Şurasından çıxarılması barədə uyğun prosedur addımları atsın. Ortada buna tam əsas verən məhkəmə qərarı var”.

REAL SEÇKİYƏ GEDİR

Real partiyasının sədri İlqar Məmmədov da daxil sözügedən 8 nəfər barədə məhkumluğun aradan qaldırılmaması, onların həm də qarşıdan gələn parlament seçkilərinə namizəd kimi qatılmasının qarşısını alır. Artıq bu əsasla Rəsul Cəfərov və Zaur Qurbanlının seçkidə iştirakına maneə yaradılıb.

Parlament seçkilərinə namizəd olmaq istəyənlərin sənədələrini dairə seçki komissiyasına təqdim etməyin son günü yanvarın 10-da tamamlanır.

İndiyədək Ali məhkəmənin plenumunun olub olmaması haqda rəsmi mənbələrdə məlumat əldə edilmədi.

İlqar Məmmədov deyir ki, bu maneə aradan qalxmazsa belə, onun partiyası seçkilərə qatılacaq.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG