Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:13

8 ildən sonra xatırlanan qanunda nə var, nə yox...


'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]

Bu ilin əvvəlindən ölkədə icbari sığortanın tətbiqinə başlandığı bildirilir.

«İcbari sığortalar haqqında» Qanunun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası onun yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Qanunun 35.2-ci maddəsinə əsasən, həm hüquqi, həm də fiziki şəxslərə məxsus tikililərin, yaşayış, qeyri-yaşayış sahələrinin, yaşayış evlərinin, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Bakıda hər evə görə 50, Sumqayıtda, Gəncədə 40, qalan rayon və şəhərlərdə isə 30 manat sığorta haqqı ödənilməlidir.

Bu məsələdə yayınma hallarına görə fiziki şəxslər 30, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat cərimə edilə bilər. Üstəlik, qanunvericilikdə təkrar cərimə də nəzərdə tutulur.

Ə.Həsənov
Ə.Həsənov

8 il öncə...

Hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosuna deyib ki, «İcbari sığortalar haqqında» Qanun 8 ildir, yəni 2011-ci ilin yayından qüvvədədir və məcburidir: «Amma ən maraqlısı budur ki, 8 ildir qüvvədə olmasına baxmayaraq, yerli icra orqanları bunu hələ heç kəsdən tələb etməyiblər və heç kəsi də buna görə cərimələməyiblər. Yalnız alqı-satqı etdikdə notariusda icbari sığorta olub-olmaması ilə maraqlanırlar, halbuki, bu məsələnin notariusa dəxili yoxdur».

Ə.Həsənov qeyd edib ki, icbari sığorta çıxarışı (kupça) olmayanlara aid deyil, daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmayıbsa, bu, yox sayılır.

İndi

Məsələnin indi aktuallaşmasına gəlincə, Ə.Həsənov hesab edir ki, bu, dövlətin yox, 2019-cu ildə bəzi sığorta şirkətlərinin pul qazanmaq üçün fəallaşmasının nəticəsidir:


«2019-cu ilin son aylarında bəzi sığorta şirkətləri qazanmaq üçün əhaliyə bildirişlər göndərməyə başlayıblar. Həm də bu bildirişlər anonim olub, kimə aid olması bilinmir... Əhalini qorxutmağa başlayıblar ki, belə bir məsələ var, həm də deyirlər ki, guya bu qanun 2020-ci ildən qüvvəyə minir. Kim sığortalanmasa, cərimə ediləcək».

«Bu, könüllü sığorta növü olmalıdır»

Ə.Həsənov daha sonra da əlavə edib: «Amma dövlət bunu tələb etmir. «İcbari sığortalar haqqında» Qanun olsa da, dövlət faktiki onun tətbiqedilməzliyi ilə barışıb ki, onsuz da bunu heç kəs ödəmir. Bütövlükdə isə, sözügedən sığorta növünün icbari olması özü düzgün deyil. Yəni bu, könüllü sığorta növü olmalıdır».

V.Əhmədov
V.Əhmədov

Əlavə izah

V çağırış Milli Məclisin üzvü Vahid Əhmədov isə «Turan» agentliyinə deyib ki, qanunun uzun müddət tətbiq olunmamasının səbəbləri olub, buna hazırlıq gedib, amma sonunda hökumət 2020-ci il yanvarın 1-dən qanunun tətbiqinə başlayıb: «Hesab edirəm ki, bütün əmlaklar sığorta olunmalıdır və bunun üçün cərimələr də müəyyən edilib. Hətta indinin özündə belə, mükalimələr gedir ki, qanun müəyyən müddətə dayandırılsın».

V.Əhmədovun deməsinə görə, son vaxtlar hökumət ciddi sığorta problemləri ilə üzləşib. O qeyd edib ki, ayrı-ayrı ticarət mərkəzlərindəki yanğınlar, müəyyən təbii fəlakətlər olanda bütün ağırlıq hökumətin üzərinə düşür: «Ona görə də, qərara alınıb ki, əgər qanun varsa, tətbiq olunmalıdır. Hər hansı hadisə baş verərsə, sığorta qurumları da öz funksiyalarını yerinə yetirərlər».

V.Əhmədovun fikrincə, vətəndaşlar da qəbul etməlidirlər ki, əmlak sığorta olunmalıdır: «Elə bunun nəticəsidir ki, ölkədə sığorta bazarı çox aşağı səviyyədədir. Maarifləndirmə işi getməlidir, digər tərəfdən, sığorta şirkətləri vətəndaşla işləmək vərdişlərinə yiyələnməli, onları incitməməlidir. İndi ciddi tələblər olacaq, sığorta şirkətləri də öz işinə ciddi yanaşacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG