Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Prezidentdən terrorçuluğa qarşı fərman


Illüstrasiya
Illüstrasiya

►Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə yeni qaydalar qəbul edilib.

Azərbaycan prezidenti İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Qanununa aşağıdakı dəyişikliklər edilib:

Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı ölkə qanunvericiliyi və beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ölkədaxili siyahıdan və Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qətnamələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən beynəlxalq siyahıdan ibarətdir.

Hər iki siyahı müəyyən edildikdən sonra maliyyə monitorinqi orqanı tərəfindən təsdiq olunur, dərhal onun rəsmi internet səhifəsində yerləşdirilir, birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərilir.

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı maliyyə monitorinqi orqanının rəsmi internet səhifəsində yerləşdirildiyi vaxtdan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərin aktivlərinin həmin şəxslərə xəbərdarlıq etmədən dərhal dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.

Maliyyə monitorinqi orqanı məhkəmə qərarı əsasında fiziki və ya hüquqi şəxsin aktivlərinin dondurulması barədə məlumatları dərhal rəsmi internet səhifəsində yerləşdirir, nəzarət orqanları, habelə birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərir.

Maliyyə monitorinqi orqanı aktivləri dondurulmuş şəxslərə onların aktivlərinin dondurulmasının əsasları və bununla əlaqədar tətbiq olunacaq tədbirlər, habelə aktivlərin dondurulmasının ləğv edilməsi proseduru barədə məlumatı müvafiq qərarı aldığı vaxtdan 1 gün ərzində yazılı qaydada verir.

Gözü bağlı müsəlman parisliləri qucaqlayır
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

XS
SM
MD
LG