Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

İkram Rəhimov ev dustaqlığına buraxılmayıb


İkram Rəhimov
İkram Rəhimov

Məhkəmə realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Qərarı bu gün, noyabrın 26-da Səbail Rayon Məhkəməsi qəbul edib.

Bu barədə AzadlıqRadiosuna Rəhimovun yaxınları bildiriblər.

Onların dediyinə görə, İkram Rəhimovun özü də prosesdə iştirak və çıxış edib.

“İkram Rəhimov məhkəmədə heç bir cinayət törətmədiyini, bununla belə aparılan istintaqdan yayınmaq niyyətinin olmadığını bildirib. O, məhkəmədən ev dustaqlığına buraxılması barədə vəsatətlərin təmin edilməsini istəyib”, deyə onlar qeyd ediblər.

Yaxınlarınınsözlərinə görə, İkram Rəhimov həmçinin, həbs ediləndən bəri barəsində heç bir istintaq hərəkətinin aparılmadığını bildirib:

“O deyib ki, gərək nəsə olsun, araşdırsınlar. Vurğulayıb ki, həbs olunmağının səbəbi nəyisə araşdırmaq yox, yazılarımın qarşısını almaqdır”

İş üzrə məhkəmədə iştirak edən müstəntiqsə öz çıxışında vəsatətin əleyhinə çıxıb, məhkəmədən onun təmin edilməməsini istəyib.

Hakim Şahin Abdullayevin sədrlik etdiyi məhkəmə heyəti yekunda vəsatəti təmin etməyib

İkram Rəhimovun yaxınları habelə söyləyiblər ki, bu qərarı alıb, apellyasiya şikayəti verəcəklər.

Xatırlatma

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb.

Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. O tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə, izlənildiyini və təqib edildiyini bildirib.

Bu açıqlamaya Əli Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında isə İkram Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu:

“İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq, cinayət məsuliyyətinə cəlb edilib”.

İkram Rəhimov 2016-cı ildə böhtana görə, 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

XS
SM
MD
LG