Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 04:02

İki məhbusun döyülüb öldürüldüyü deyilir


Foto illüstrasiya

-

Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində 2 məhkumun döyülərək öldürüldüyü deyilir.

Bu haqda «Yeni Müsavat» qəzeti xəbər yayıb.

Qəzetdə yazılana görə, digər 2 məhkum isə ölümcül halda Məhkumların Müalicə Müəssisəsinə aparılıb. Həmin məhkumların aqibəti haqda heç bir məlumat yoxdur.

Öldürüldüyü bildirilən məhkumlardan birinin qardaşı Ramin İbrahimov qəzetə bunları bildirib: «Zəng edib dedilər ki, Nurani mədə ağrısından ölüb, meyiti morqdadır. Getdik gördük ki, onun ayaqları sındırılıb, dabanları qapqara idi. Ciyərini vurub partladıblar».

R.İbrahimov digər öldürülən məhkumun Sahib Abbasov olduğunu, onun meyitinin Gəncəyə yola salındığını bildirib. O, döyüldüyü bildirilən Elmir və Tariyel adlı məhkumların durumundan xəbərsiz olduğunu bildirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məhkumların ölüm xəbəri ilə bağlı sorğunu cavablandırmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG