Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:43

42 illik həbsxanadan sonra bəraət aldılar


Clifford Williams və Hubert Myers
Clifford Williams və Hubert Myers

İki floridalı – dayı və bacıoğlu qətlə görə məhkum edilərək 42 il həbsxana cəzası çəkdikdən sonra günahsız olduqları aşkar edilib. Onlar prokurorun ricası ilə məhkəmə zalından sərbəst buraxılıblar.

76 yaşlı Clifford Williams və 61 yaşlı Hubert Myers martın 28-də bəraət barədə hökmü ağlayaraq dinləyiblər.

Florida ştatının prokuroru Melissa Nelson deyib ki, “səhvi düzəltmək imkanı olanda, bunu etmək lazımdır”.

Myers 1976-cı ildə dayısı ilə birlikdə Jeanette Williams-ı güllə ilə vurub öldürməkdə və onun rəfiqəsi Nina Marshall-ın qətlinə cəhddə ittiham olunanda 18 yaşı vardı.

Məhkəmədə onların əleyhinə ifadəni də sağ qalan Marshall vermişdi.

Myers azad edildikdən sonra deyib ki, ilk öncə yaxınlarını görmək istəyir, çünki qalan hər şey “ikinci dərəcəlidir”:

“Mən həbsxanaya gələndə uşaq idim. Burada özbaşıma böyüdüm. Mən adam olmağın nə demək olduğunu bilirəm. İndi buradan çıxıb sadəcə olaraq adam olmaq istəyirəm”.

Onlar birinci məhkəmədə ömürlük həbs cəzasına məhkum edilmişdilər. İkinci məhkəmə bu qətlin motivinin narkotiklər üçün 50 dollar borc olduğu barədə hökm çıxarmışdı.

O vaxt vəkillər heç bir şahid təqdim edə bilməmişdilər. Onlar sadəcə olaraq şahid Marshall-ın ifadəsindəki uyğunsuzluqları üzə çıxarmağa çalışırdılar.

Prokurorluğun verdiyi hesabatda deyilir ki, “fiziki və elmi dəlillər şahid ifadəsi ilə üst-üstə düşmürdü”.

Hesabatda bu da qeyd olunur ki, bu qətli törətdiyini başqa bir adam etiraf etmişdi. O 1994-cü ildə vəfat edib.

Bu da bəlli olmuşdu ki, ilkin cinayət işi sənədlərində mühüm bir dəlil nəzərdən qaçırılıb. Ballistik ekspertiza güllənin üçüncü bir şəxs tərəfindən atıla biləcəyini göstərirdi.

Lawson adlı həmin şəxs bir neçə nəfərə demişdi ki, qadını o öldürüb. O hətta günahsız Williams-ın ailəsinə pul da göndərmək istəmişdi. O deyirdi: “Mən nə edə bilərəm? Özümü polisə təslim edə bilmərəm, axı…”

Florida qanunlarına görə günahsız cəza çəkmiş insanlara ildə 50 min dollar təzminat verilir. Bu təzminat həmin şəxsin başqa məhkumluğu yoxdursa, 2 milyon dollara da çata bilər.

Ümumiyyətlə isə 2019-cu ilin 3 ayı ərzində ABŞ-da 33 nəfərin məhkumluğuna xitam verilib.

Ötən il belələrinin sayı 93 olub. Onlardan 23-nə bəraət verilməsi müasir DNT texnologiyası ilə mümkün olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG